Regionlarda həvəskar futbolun dirçəlişi və ya MFL-in Gəncə Kubokunda yadda qalan məqamlar – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Regionlarda həvəskar futbolun dirçəlişi və ya MFL-in Gəncə Kubokunda yadda qalan məqamlar – FOTO – VİDEO

12:02 - 21 / 06 / 2019
Regionlarda həvəskar futbolun dirçəlişi və ya MFL-in Gəncə Kubokunda yadda qalan məqamlar – FOTO – VİDEO

Azərbaycanda ən iri həvəskarlar liqası MFL mövsümü uğurla başa vurdu.

1news.az-ın verdiyi xəbərə görə, ilk mövsümündə 64 komandanın iştirak etdiyi MFL-in Gəncə Kuboku da sona çatdı.

MFL-in Gəncə Kuboku – Bakıda yüksək səviyyədə futbol turnirləri keçirən MFL-in yeni layihəsidir.

Bu il MFL öz inkişaf yolunda yeni addım ataraq sərhədlərini regionlara qədər genişləndirib.

Bu istiqamətdə ilk addım Azərbaycan futboluna bir çox oyunçular bəxş edən Gəncədə oldu. Məhz bu cür həvəskar turnirlər istedadların ortaya çıxmasına, futbolun inkişafına və gənclərin bu idmana cəlb edilməsinə səbəb olur.

MFL-in Gəncə Kuboku özünü doğrultmasının bariz nümunəsi burada 64 həvəskar komandanın iştirakıdır. İlk olaraq təşkilatçılar 32 klubun iştirakını nəzərdə tutmuşdu. Lakin iştirak etmək istəyənlərin sayı 64 klubdan çox oldu.

MFL-in Gəncə Kuboku şəhərə əsl bayram bəxş etdi, turnir böyük maraqla qarşılandı. Matçlar zamanı arenaya çoxlu azarkeşlər toplaşmışdı.

MFL-in Gəncə Kubokunun açılış və püşkatma mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov, MFL-in direktoru Rəhman Hacıyev və Gənclər və İdman Nazirliyinin Gəncə İdarəsinin rəhbəri Müşviq Cəfərov iştirak edib.

Bu turnirin keçirilməsi üçün MFL rəhbərliyi çoxlu səy sərf edib. Danışıqlar uzun çəkib və öz nəticəsini göstərib – MFL-in Gəncə Kuboku start götürdü. Əlbəttə bu turnir AFFA-nın, həmçinin McDonald's şirkətinin dəstəyi olmadan mümkün deyildi. Elxan Məmmədovun şəxsi iştirakı AFFA rəhbərliyinin Gəncədə kütləvi futbolun inkişafında maraqlı olduğunu göstərir.

MFL-in Gəncə Kuboku şəhərdə yüksək səviyyədə təşkil olunan ən iri həvəskar turnirdi. Burada 650-dən çox həvəskar-futbolçu iştirak edib. 300 mindən çox sakini olan şəhər üçün bu, çox yaxşı göstəricidir.

Matçlar pley-off sistemi üzrə keçirilib. Məğlub olan komanda turniri tərk edir. Yarıfinal mərhələsində komandalar iki matç olmaqla öz aralarında oynayıb. Final və üçüncü yer uğrunda mübarizə bir oyundan ibarət idi.

Beləliklə, aprelin 20-də birinci dövrə oyunları start götürdü. İki ay ərzində komandalar yüksəlmək üçün oynayıblar. İyunun 15-də həlledici oyun keçirilib. Burada MFL-in Gəncə Kubokunun qalibi müəyyən edilib.

Finalda Gəncənin iki ən yaxşı həvəskar komandası: “Uraqan” və “Ruslan” oynayıb. Final 6:2 hesabı ilə “Uraqan” komandasının xeyrinə bitib. Üçüncü yerə “Sirena Motors” komandası layiq görülüb.

Turnirin qalibi 500 manat, qızıl medal və Kubok qazanıb. İkinci yerin sahibləri 300 manat, medal, üçüncü yer isə - 250 manat və medal əldə ediblər.

Rəqibinin qapısına  37 dəfərə top vurmaqla “Ruslan” komandasından Malik Babayev Xüsusi kubok və turnirin ən yaxşı bombardiri adına layiq görülüb.

Həmçinin o, 40 xal toplayan Rəhman Əzizovla (“Uraqan”) mövsümün ən yaxşı oyunçuları seçilib.

Ən yaxşı assistə adına onun komanda yoldaşı, 13 məhsuldar ötürmələri ilə Azad layiq görülüb.

Həmçinin çempionatın yekununa əsasən MFL-in Gəncə Kubokunun simvolik yığması hazırlanıb: Məmməd Əliyev («Ruslan»), Elmir Natiqzadə  («Nirvana»), Ruslan Həsənov («Offside»), Polad Məmmədov («Avrora»), Kamran Nəsrullayev («Qoca Çinar») və İsa Bayramov («Sirena Motors»).

MFL-in Gəncə Kuboku şəhərin ən yaddaqalan futbol hadisəsi olub. Həvəskar liqası MFL hər il qarşısına yüksək məsqədlər qoyaraq bunlara uğurla nail olurlar. MFL-in Gəncə Kuboku sona çatdı və liqa istirahətə çıxdı.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1120

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər