Rəhman Hacıyev: İçəri şəhər ­– gələcək nəsillər üçün qoruyub saxlayacağımız milli xəzinəmizdir  – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəhman Hacıyev: İçəri şəhər ­– gələcək nəsillər üçün qoruyub saxlayacağımız milli xəzinəmizdir  – VİDEO

16:00 - 29 / 04 / 2019
Rəhman Hacıyev: İçəri şəhər ­– gələcək nəsillər üçün qoruyub saxlayacağımız milli xəzinəmizdir  – VİDEO

İTV-nin efirində yayımlanan “Diqqət mərkəzi” verilişinin budəfəki mövzusu son günlər İçəri şəhərdə tikinti işləri və Qala divarlarının “söküntüsü” ilə bağlı KİV və sosial şəbəkələrdə yayılmış geniş müzakirələrə həsr olunub.

Verilişdə 1news.az-ın baş redaktoru Rəhman Hacıyev və bərpaçı-memar Tofiq Şəkixanov iştirak edib.

Xatırldaq ki, ötən həftə Rəsul Həsən adlı istifadəçi sosial şəbəkədə üç foto yerləşdirərək Qala divarlarının bir hissəsinin hasarlandığını və restoran tikintisini qeyd etmişdi.

Şəkillər sosial şəbəkələrdə, eləcə də ictimaiyyətdə ajiotaj yaratdı. Tez bir zamanda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məsələyə aydınlıq verib ki, fotolar Qala divarlarının bir hissəsinin bərpası zamanı çəkilmiş  2011-ci ilə aiddir.

“Yalan məlumatlar və fotolar yaymaqla bir çoxları yalan və hətta absurd iddialar ürəli sürdü”, - R.Hacıyev verilişdə qeyd edib.

Onun sözlərinə görə, “Qala divarlarının sökülməsi” məsələsi bir çox blogger və KİV-lər üçün çirki iftira aləti oldu.

R.Hacıyevin sözlərinə görə, bu işdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məsələyə vaxtında aydınlıq gətirməsi onlara lazımi cavab oldu.

İçəri Şəhərdə bu qədər restoran və iaşə obyektlərinin olmasının lazımlığı kimi aktual məsələyə toxunan baş redaktor qeyd edib ki, birmənalı olaraq bəli, lazımdır, çünki bu ərazi turistlər tərəfindən daha çox maraqa səbəbdir, həmçinin bu təcrübə bütün dünyada tətbiq olunur:

“İçəri şəhər ­– gələcək nəsillər üçün qoruyub saxlayacağımız milli xəzinəmizdir ”.

İçəri şəhərdə həqiqətən də nə baş verir? – FOTO – VİDEO

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
2033

Son xəbərlər

Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - FOTO18 / 03 / 2024, 21:05Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58İraq Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO18 / 03 / 2024, 15:48Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi18 / 03 / 2024, 15:41İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib18 / 03 / 2024, 15:38Silk Way West Airlines daha bir Boeing 777 Freighter ilə donanmasını yeniləməyə davam edir18 / 03 / 2024, 15:33İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qidalarda uyğunsuzluqlar aşkarlanıb18 / 03 / 2024, 15:20Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb18 / 03 / 2024, 15:12Bayramda Xaqani parkına yaxın bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq18 / 03 / 2024, 14:58Bakıda mənzildən meyit tapılıb18 / 03 / 2024, 14:49
Bütün xəbərlər