Rəşad Məcid: Öz xalqını aşağılayanlar heç vaxt dünyada rəğbət qazana bilməzlər | 1news.az | Xəbərlər
Müsahibə

Rəşad Məcid: Öz xalqını aşağılayanlar heç vaxt dünyada rəğbət qazana bilməzlər

17:30 - 24 / 05 / 2018
Rəşad Məcid: Öz xalqını aşağılayanlar heç vaxt dünyada rəğbət qazana bilməzlər

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökü olmayan obrazda, ermənilərin isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunması ilə bağlı 1news.az-a müsahibəsi:

- “Qafqaz üçlüyü” filminin ssenari müəllifinin azərbaycanlı olmasını decə qiymətləndirirsiniz?

- Bu film mənə Əkrəm Əylislinin “Daş yuxular” əsərini xatırlatdı və düşüncələrə qərq etdi ki, bizim yazıçıların bəzilərinin öz xalqını aşağılamalarının, başqa xalqı isə yuxarı qaldırmalarının səbəbi nədir?  Ola bilsin Rüstəm İbrahimbəyovun hansısa siyasi məqsədləri var, hansısa başqa xalqın qarşısında öhdəlik götürüb. Onun xalqına qarşı niyə belə əsəbi, qəzəbli olmasının səbəbi bilinmir.

- Ümumiyyətlə, dünyada öz xalqını aşağılayan, tənqid edən yazıçılara, şairlərə və digər sənət adamlarına münasibət necədir?

- Dünyada elə yazıçılar var ki, öz xalqları haqqında yazırlar. Misal olaraq məşhur əfqan yazıçısı Xalid Hüseyni göstərə bilərik. O, əsərlərində əfqan xalqının qüsurlarından, adət-ənənələrindəki eybəcərliklərdən yazır. Lakin bunu sevgi ilə, məhəbbətlə göstərir.  Buna görə də dünya onu bəyənir.

Əksinə, dünya öz xalqını aşağılayan, eybəcər göstərən yazıçılara nə mükafat verir, nə də rəğbətlə qarşılayır. Buna görə də Əkrəm Əylislidən sonra Rüstəm İbrahimbəyovun bu cür addım atması ancaq təəssüf doğura bilər. Xalqın qəzəbi, hiddəti, emosional münasibəti təbiidir. Xalqına, onun dərdlərinə o cür etinasız yanaşan, düşmən dəyirmanına su tökən bu cür əsərlər, bu cür filmlər pislənilməlidir.

- Ola bilərmi ki, Rüstəm İbrahimbəyov Azərbaycana qarşı olan hansısa qüvvələrin sifarişini yerinə yetirir?

- Bu barədə həmişə fikirləşmişəm ki, görəsən bu xalqa içdən olan nifrət və qəzəbdir, yoxsa hansısa siyasi maraqlardır, hansısa digər qüvvələrə işləməkdir. Təbii ki, hər iki halda onun addımı kəskin pislənilməlidir. Bu cür yazıçılar, onların əsərləri heç bir dəyərə malik ola bilməz. Xalq haqlı olaraq onları pisləməlidir.

- Məlum olduğu kimi Rüstəm İbrahimbəyov bir müddət müxalifətə liderlik də etmişdi...

- O hadisələr də göstərdi ki, Rüstəm İbrahimbəyov siyasətçi deyil, onun başqa maraqları var idi. Onun hirsi, qəzəbi təəccüb doğurur. Hər halda siyasətçi, yazıçı olan şəxs belə etməli deyildi.

- Yəqin ki, ermənilər bundan öz mənafeləri üçün istifadə etməyə çalışacaqlar.

- Əlbəttə, bunlar nüfuzlu adamlardır. Həm Əkrəm Əylisli, həm də Rüstəm İbrahimbəyov bu addımları ilə erməni dəyirmanına su tökmüş oldular. Əvvəldən bunun necə nəticələnəcəyini bilirdilər. Görünür özləri üçün humanist bir imic yaratmağa çalışırlar. Ancaq yenə deyirəm ki, öz xalqını aşağılayanlar heç vaxt dünyada rəğbət qazana bilməz.

1news.az

Paylaş:
970

Sizin üçün xəbərlər

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər