Rusiya səfiri: Fuad Abbasovun hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiya səfiri: Fuad Abbasovun hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm

13:32 - 10 / 06 / 2019
Rusiya səfiri: Fuad Abbasovun hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm

Fuad Abbasovla bağlı məsələnin təfərrütına varmıram, amma Azərbaycan mediasının bu barədə yazdıqlarını çox oxuyuram.

1news.az "Report”a istinadla xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

“Vətəndaş Fuad Abbasovun məhz hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm. Məsələ onun peşəsində yox, başqa ölkənin vətəndaşı olmasındadır. Bizə müraciətlər gəlməyə başlayanda məsələ ilə maraqlandıq. Əlimizdə Ximki məhkəməsinin qətnaməsi var. Bu qətnaməyə əsasən Fuad Abbasov Rusiya Federasiyası ərazisini 15 gün ərzində tərk etməyib və ölkə ərazisində qalmaq müddətinin uzadılması üçün ərizə verməyib”, – səfir deyib.

Fuad Abbasovun saxlanılarkən döyülməsinə dair xəbərləri şərh edən diplomat Azərbaycan səfirliyinin onunla dərhal əlaqə yaratdığını bildirərək, jurnalistə Rusiya Federasiyası ərazisinə 50 il ərzində gəlmək barədə qadağa qoyulmasından xəbərdar olmadığını söyləyib.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Bundan əvvəl Moskva Vilayət Məhkəməsi F.Abbasovun apelyasiya şikayətini təmin etməyib. O, buna etiraz olaraq aclıq aksiyasına başlayıb. Məhkəmənin qərarına görə F.Abbasov 10 gün ərzində Rusiya Federasiyası ərazisindən çıxarılmalıdır.

1news.az

 

Paylaş:
479

Son xəbərlər

“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46
Bütün xəbərlər