Rusiyalı futbolçular xuliqanlığa görə saxlanılıb
Rusiyalı futbolçular Pavel Mamayev və Aleksandr Kokorin xuliqanlıq işi üzrə saxlanılıblar.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Rusiya Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda onların hər ikisinə qarşı ittiham irəli sürüləcək.
"İstintaq artıq sabah onların barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müraciət edəcək. Bu həm həbs, həm də ev dustaqlığı ola bilər", - deyə DİN nümayəndəsi əlavə edib.
İdmançılar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak və aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçukun döyülməsində ittiham olunurlar.
S.Xankişiyeva
1051