Safurə Əliyeva: Ailəmdən dəyərli heç nə yoxdur – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Safurə Əliyeva: Ailəmdən dəyərli heç nə yoxdur – FOTO

17:27 - 20 / 09 / 2018
Safurə Əliyeva: Ailəmdən dəyərli heç nə yoxdur – FOTO

Bu gün “Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyevanın ad günüdür.

Keçmiş müğənni təəssüratlarını Instagram səhifəsində paylaşıb. Həyat yoldaşı Fərhad Əliyevlə şəklini yayımlayan Safurə səhnə üçün heç darıxmadığını deyib:

“Bu gün bütün dəqiqələrə və ətrafımda baş verənlərə aludə olmağa çalışdım. Oğlum ağlayıb şokolad istəyirdi, qızım isə özündən böyük gecə geyimində idi. Dərsdən gələn oğlunu götürmək üçün aşağıya enən ata... Bu, həyatda kiçik, amma önəmli olan məqamdır. Allahıma mənə verdiyi gözəl həyata görə təşəkkür edirəm.

Mənə tez-tez verilən “Səhnə üçün darıxırsınız? Yenidən oxumaq istəyirsiniz” sualına cavab verəcəyəm. Bu da sizə cavabım: Mənim üçün ailəmdən dəyərli heç nə yoxdur. İstəyirəm ki, hər səhərim və axşamım bu cür hadisələrlə açılıb, başa çatsın. Yanında sevdiyin ərin, pozitiv oğlun və gözəl qızın olanda, hər şey əladır”.

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu ilə ailəlidir.

S.Xankişiyeva

Paylaş:
1514

Son xəbərlər

Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22
Bütün xəbərlər