Şagirdlər üçün yeni ehtiyat dərsliklər hazırlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagirdlər üçün yeni ehtiyat dərsliklər hazırlanır

12:53 - 12 / 07 / 2019
Şagirdlər üçün yeni ehtiyat dərsliklər hazırlanır

Tədris yükünün optimallaşdırılması istiqamətində müxtəlif təşəbbüslər və tədbirlər həyata keçirilir. Bunların sırasında 2018-2019-cu  tədris ilində olan yeniliklərdən biri təhsil sistemində məktəbdaxili qiymətləndirmələrin sayının azalması həyata keçirilib.

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin kollegiyası tərəfindən böyük summativ qiymətləndirmələrin sayında,  siniflər arasında bölgülərdə əhəmiyyətli şəkildə  azalma olub. “Hesab edirik ki, bu, məktəbdaxili ümumi dərs yükü həcminə müsbət təsir edir.

Eyni zamanda  ibtidai siniflərdə bir sıra əsas fənn dərsliklərinin - Ana dili, riyaziyyat və xarici dil dərsliklərinin yeni ehtiyat dərslik formatında hazırlanması istiqamətində işlərə başlanılıb. Artıq bir ildir ki, həmin dərsliklər Azərbaycanın 100 məktəbində sınaqdan keçirilir. Həmin dərsliklər sınaqdan keçirilən zaman hər bir bölmə başa çatandan sonra həmin məktəblərin mütəxəssisləri, ölkədə bu sahədə fəaliyyət göstərən ekspertlər daim dəyirmi masalar keçirərək dərsliklərin təkmilləşdirilməsinə dair tövsiyələr verirlər. Bu formada təkmilləşdirilmiş dərsliklər yenidən ekspertizaya göndərilir və özünü doğrultduqdan sonra mövcud olan dərslikləri həmin ehtiyat dərsliklərlə əvəz edəcəyik.

Biz ehtiyat dərsliklərin çeşidinin artırılması istiqamətində işləyirik. Növbəti ildən etibarən tədrisi Azərbaycan dilində aparılmayan məktəblər üçün Azərbaycan dili dərsliyi yeni ehtiyat dərslik formatında hazırlanacaq. Həyat bilgisi dərsliyinin də yeni dərslik formatında - alternativ dərslik formatında işlənməsinə başlayacağıq”.

P.Sultanova

Paylaş:
656

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər