“Şahdağ” Turizm Mərkəzi qış mövsümünü açıq elan edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şahdağ” Turizm Mərkəzi qış mövsümünü açıq elan edir – FOTO

12:35 - 17 / 12 / 2018
“Şahdağ” Turizm Mərkəzi qış mövsümünü açıq elan edir – FOTO

Dekabrın 15-dən etibarən “Pik Palace”, “Park Chalet”, “Shahdag Hotel & Spa” və “Zirve Hotel” otelləri və xizək mərkəzi fəaliyyətə başlayıb.

“Şahdağ” Turizm Mərkəzi ən müasir avadanlıqlarla təchiz edilmiş, aparıcı beynəlxalq şirkətlər tərəfindən qurulan ölkənin ilk dağ-xizək kurortudur. Şahdağ milli parkının yaxınlığında salınan bu kompleks Azərbaycanda dağ-xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır. 6 il fəaliyyət göstərən kompleks ölkənin turizm potensialından düzgün istifadə olunmasının bariz nümunəsidir.

Hazırlıq işlərini uğurla tamamlayıb yeni mövsüm üçün müxtəlif əyləncə və qonaqpərvərlik təklifləri ilə “Şahdağ” Turizm Mərkəzi önəmli bir turizm destinasiyası olmağı hədəfləyir. Kompleks ərazisində otellər, restoran və kafelər, SPA mərkəzləri, dörd növdə 15 ədəd kanat xətti – asma buraz yolları, müxtəlif qış əyləncələri, xizəkçilik və snoubord mərkəzi fəaliyyət göstərir. Kanat yolları aparıcı Avropa istehsalçılarına məxsus olmaqla bir neçə formada – oturacaqlı, buqel, xalça və qondola – təklif olunur. Eyni zamanda kurort ərazisində 24 saat çalışan klinika, dağ xizəkçiliyi məktəbi, geniş avtomobil dayanacağı və hər səviyyədə təcrübəyə malik xizəkçilər üçün müxtəlif növlərdə xizək zolaqları qonaqların ixtiyarına verilib. Bu mövsümdə əlavə bir neçə xizək zolaqlarının salınması nəzərdə tutulur.

Dəniz səviyyəsindən 1435-2351 metr hündürlükdə yerləşən və ən yüksək standartlara cavab verən “Şahdağ” Turizm Mərkəzi qış boyu əyləncə, müasir və dəbdəbəli otellər, zəngin mədəni irsdən zövq almaq imkanını təklif edir. Bu mövsüm ilk dəfə olaraq kompleks ərazisində qonaqların əyləncəsini və rahatlığını təmin etmək üçün kinoteatr, gecə klubu, supermarket və digər əyləncə və iaşə nöqtələri istifadəyə verilir.

Turizm kompleksində ikisi Marriott şəbəkəsinə aid olmaqla 4 müxtəlif kateqoriyada və konsepsiyada otellər mövcuddur:

Pik Palace Hotel, Autograph Collection 5*

Əzəmətli dağların arasında yerləşən Pik Palace Şahdağ Oteli heyranedici mənzərəli 167 geniş yataq otağı və lüks nömrələr təklif edir. Otaqlarda böyük ölçülü çarpayılar, rahat istirahət və iş sahələri, yerdən tavana qədər olan böyük pəncərələr və Fransız eyvanlar, eyni zamanda böyük zal, restoran, kafe və xizək mağazası mövcuddur.

Park Chalet Hotel, Autograph Collection 5*

Şimal-Alp üslubunda olan Park Chalet Şahdağ Otelinin eleqant qonaq otaqları möhtəşəm dağ mənzərəsi ilə vurğulanmış sadə və bir o qədər də lüks dizayn ilə tərtib olunub. Otaqların interyer elementlərinə xüsusi dizayn edilmiş xalçalar, əhənglə cilalanmış palıd panellər və geniş həcmli iş masası daxildir.

Şahdağ Hotel & Spa 5*

Beşulduzlu Shahdag Hotel & Spa zərif ehtişamı və yüksək qonaqpərvərlik nümunəsini özündə təcəssüm etdirir. Ən müasir interyer və yüksək keyfiyyətli rahatlıq təklif etməklə bizim geniş və gözəl otaqlarımızda xoş istirahət keçirmək mümkündür. Oteldə 4 kateqoriya, həmçinin Superior, Junior Suite və Executive suite kateqoriyaları da daxil olmaqla 172 qonaq otağı təklif edilir. Otel müasir lüks standartlarla yerli koloritin mükəmməl ahəngini təşkil edir.

Zirve Hotel 4*

Müasir, dörd ulduzlu xidmət təklif edən Zirve Hotel biznes və istirahət məqsədi ilə səyahət edənlər üçün ideal seçimdir. Oteldə xizək mərkəzi, klinika, restoran və ziyafət zalları mövcuddur.

Reklam hüququnda

 

Paylaş:
2336

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər