Sahibə Qafarova: İşğal altında olan şəhər adlarının dəyişdirilməsi beynəlxalq hüquqa ziddir | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova: İşğal altında olan şəhər adlarının dəyişdirilməsi beynəlxalq hüquqa ziddir

09:24 - 26 / 04 / 2018
Sahibə Qafarova: İşğal altında olan şəhər adlarının dəyişdirilməsi beynəlxalq hüquqa ziddir

Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində "Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları" mövzusunda məruzə müzakirə edilib.

1news.az-ın verdiyi xəbərə görə, müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova xatırladıb ki,  bu gün qədər Assambleyada bir neçə dəfə miqrant və qaçqınların, məcburi köçkünlərin problemləri ilə bağlı müzakirələr keçirilib. Onun fikrincə, bu məsələ Avropa üçün çox vacibdir. Çünki 4 milyondan artıq insan öz ölkələrində olan şiddətli toqquşmalar və müharibələr ucbatından Avropaya sığınıb.

Millət vəkili Sahibə Qafarova bildirib ki, mülki əhalinin öz yurd-yuvasından, ərazilərindən zorla köçürülməsi, məcburi deportasiya olunması insanlıq əleyhinə cinayətdir. Ona görə də Avropada sığınacaq tapmış 4 milyondan artıq insanın humanitar ehtiyaclarının təmin olunması, onların hüquqlarının qorunması çox vacib məsələdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Sahibə Qafarova deyib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti 20 faiz ərazilərimizin işğalı və bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Bu münaqişə nəticəsində Ermənistan bütün beynəlxalq çağırışlara və hüquqi sənədlərə məhəl qoymayaraq azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirib, qadın və uşaqlar ən qəddar üsullarla qətlə yetirilib. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında mülki əhaliyə qarşı insanlıq cinayəti törədib, Xocalıda soyqırımı törədiblər.

"Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş bir milyondan artıq insanın problemlərinin həllini dövlət siyasətinin prioriteti elan etmiş və ötən illərdə ölkəmizdə bütün çadır şəhərcikləri ləğv olunmuş, 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınmış, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması təmin olunmuşdur" deyən Sahibə Qafarova əlavə edib ki, qaçqın və məcburi köçkünlərin problemləri çoxistiqamətlidir. Onların inteqrasiyası, sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması bunlar sırasındadır. Amma bu insanlar üçün ən birinci məqsəd öz torpaqlarına geri qayıtmaqdır.

Sahibə Qafarova çıxışı zamanı işğal altında olan Azərbaycan şəhər və kəndlərinin adlarının ermənilər tərəfindən məqsədyönlü şəkildə dəyişdirilməsinə etirazını bildirib. O, deyib ki, heç bir beynəlxalq sənəddə, heç bir beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələrdə Azərbaycanın işğal altında olan şəhər və rayonlarının adı dəyişdirilmədiyi halda ermənilərin bu saxtakarlığı da beynəlxalq hüquqa ziddir. Ermənistan dövləti bununla bir daha öz işğalçı mahiyyətini ortaya qoyur.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin təklif və israrları ilə qətnaməyə 4 düzəliş edilib.

S.Xankişiyeva

 

Paylaş:
385

Son xəbərlər

FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51
Bütün xəbərlər