Şahin İsmayılov: Azərbaycanın 20%-ni işğal altında saxlayan, Xocalı qətliamını törədən ölkənin konfransa ev sahibliyi etməsi cəfəngiyatdır | 1news.az | Xəbərlər
Siyasət

Şahin İsmayılov: Azərbaycanın 20%-ni işğal altında saxlayan, Xocalı qətliamını törədən ölkənin konfransa ev sahibliyi etməsi cəfəngiyatdır

16:23 - 23 / 10 / 2018
Şahin İsmayılov: Azərbaycanın 20%-ni işğal altında saxlayan, Xocalı qətliamını törədən ölkənin konfransa ev sahibliyi etməsi cəfəngiyatdır

Frankofoniya Organisation internationale de la Francophonie (OIF) əhalisi tam və ya qismən fransız dilli olan və yaxud fransız mədəniyyəti ilə sıx ünsiyyəti olan ölkələri və regionları təmsil edən beynəlxalq təşkilatdır.

Francophonie sözünü ilk dəfə 1880-ci ildə fransız coğrafiyaçısı Onesime Reclus fransız dilini istifadə edən ölkə və insanları izah etmək üçün istifadə etmişdir. Daha sonra bu söz Negritude hərəkatının təsisçisi Léopold Sédar Senghor tərəfindən 1962-ci ildə “Humanism” anlayışı ilə bağlı istifadə edilmişdir.

1970-ci ildən etibarən fəaliyyət göstərən təşkilatın ilkin və ən vacib məqsədi fransız dilli ölkələrin mədəniyyətlərinin təbliğ olunması və onlar arasında əlaqələrin gücləndirilməsi olmuşdur. Lakin son illər ərzində irəliləyən proseslər onu deməyə əsas verir ki, sözügedən təşkilat özünün ilkin məqsəd və dəyərlərindən uzaqlaşaraq, müəyyən ölkələrin siyasi oyunlarının bir hissəsinə və bəzən alətinə çevrilmişdir.

Heç təəccübləndirici deyil ki, bu təşkilatı öz kirli siyasi oyunlarında istifadə etmək istəyən ölkələrin siyahısında Ermənistanı da tapa bilərik. Hələ 2010-cu ildə təşkilatda müşahidəçi qismində iştirak edən Ermənistan höküməti, təşkilatın İsveçrədə keçirilən 13-cü sammitində Qarabağ məsələsini gündəmə gətirmişdir. Öz xeyirlərinə qətnamənin qəbul olunması üçün dəfələrlə cəhd etmələrinə baxmayaraq, təşkilat yekun qətnamədə Minsk qrupunun sülh prinsiplərinin əsas tutulmalı olduğunu bəyan etmişdir.

Öz ampulasını dəyişmədən, Ermənistan höküməti ona heç bir aidiyyatı və bağlılığı olmayan Frankofoniya təşkilatında fəal iştirak etməyə davam etmiş, hətta 2015-ci ilin oktyabr ayında təşkilatın nazirlərarası konfransına Yerevan da ev sahibliyi etmişdir. Konfrans müddətində Ermənistan tərəfindən gündəliyə gətirilən Frankofonia, Region və Sülh, Müxtəliflik və dialoq, 21-ci konfransa aid olan iqlim dəyişikliyi və soyqırımın qarşısının alınması ilə bağlı qətnamələr qəbul olunmuşdur. Digər dövlətin 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən ölkənin, soyqırım, sülh və müxtəlifliklə bağlı məsələlər müzakirə olunan konfransa ev sahibliyi etməsi cəfəngiyatdır. Lakin təşkilat daxilində cəfəngiyat bununla məhdudlaşmamışdır, fransız dili və mədəniyyətinə heç bir bağlılığı olmayan Ermənistanın Yerevan şəhərində 17-ci sammit keçirilmişdir.

Elə məhz sözügedən 17-ci sammit təşkilatla əlaqədar tənqidlərə son nöqtəni qoydu. Sammitin Yerevanda keçirilmə absurdu bir kənara, təşkilatın baş katibi M.Janın çıxışları təşkilatın əsl mahiyyətini və vəziyyətini kifayət qədər aydın şəkildə təsvir etdi. M.Janın təşkilatla əlaqədar verdiyi tənqidi açıqlamalarda qeyd etdiyi kimi təşkilat şəxsi məqsədlərə xidmət edir və “demokratiya”, “hüquqlar” və “azadlıqlar” sözlərinin mənası təhrif olunmuş sadə sözlər səviyyəsində qəbul etdirir.

Sammitin keçirilməsində heç bir rolu olmayan Nikol Paşinyanın Sammit dövründə davranışı gülüş doğururdu. Özündən əvvəlki hökümətin fəaliyyətinin nəticəsi olan sammiti, öz nailiyyəti kimi təqdim edərək Nikol Paşinyan bir daha dünyaya öz siyasi delitantlığını və təcrübəsizliyini nümayiş etdirdi. Sammitin Yerevanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi üçün də Frankofoniya Təşkilatı barədə baş katibin sözlərini eşitmək o qədər də xoş deyildi.

Sammitin keçirilməsi yalnız təşkilatın baş katibi deyil, həmçinin bir sıra nüfuzlu alim və siyasətçi tərəfindən tənqid olunmuşdur. Tənqidlərin əsas səbəbi Ermənistanın Fransa mədəniyyəti, dili və ya tarixinə heç bir aidiyyatı olmamasına baxmayaraq, bu təşkilatda belə yaxından iştirak etməsi, hətta sammit və konfranslara ev sahibliyi etməsidir. Ümumi əhalisinin yalnız 10,000-nin, faiz nisbətində 0.33%-nin fransız dilində danışan ölkənin Frankofoniya adlanan təşkilatın tam hüquqlu üzvü olması gülməlidir. Ermənistanın Ottavadakı konsulu bu tənqidlərə cavab olaraq qeyd etmişdir ki, Ermənistanda böyük fransız diasporası mövcuddur. Maraqlısı odur ki, əhalisinin 99%-i monoetnik olan Ermənistanda hansı diasporadan və ya müxtəliflikdən söhbət gedə bilər?

Təşkilatın və sammitin tənqidçiləri sırasında həmçinin Kvebek şəhərinin meri Regis Labeaume də vardır. Labeaume qeyd edib ki: “Mən artıq 10 ildir ki, Merəm və həmin təşkilatın üzvüyəm və hələ də başa düşmürəm ki, bu təşkilatın bizə nə xeyri var.” O qeyd edib ki, bu təşkilat “rəsmilərin yığıncağı” və “karyerasının sonuna çatmış siyasətçilər üçün eniş zolağıdır”.

Ottava Universitetinin alimi Martin Nomandın da qeyd etdiyi kimi, təşkilata qəbul kriteriyası çox yumşaldılıb və Ermənistan kimi fransız dilinə aidiyatı olmayan ölkələrin daxil edilməsi fransız dilinin statusunu aşağı salır. O hesab edir ki, belə sadələşdirilmiş üzvləşmə prosesi və fəaliyyətlə təşkilatın fransız dilinin təbliğində və öyrənilməsində rolu tamamilə itir.

Bütün bunlar Frankofoniya təşkilatının öz məqsəd və dəyərlərindən kənar fəaliyyət göstərdiyinin və Ermənistan kimi kirli siyasi oyunlarını aparmaq üçün beynəlxalq arena axtaran ölkələrin toplaşma yerinə çevrilməsini bir daha təsdiq edir. Bu cür yanaşma ilə isə çətin ki, vaxtilə dünyada çox güclü mövqeyə malik olan fransız dilini müasir dünyada yenidən məşhurlaşdırmaq olsun.

Şahin İsmayılov

Milli Məclisin deputatı

Paylaş:
806

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər