Samsung-dan üçlü təklif – yeni smartfon, Wireless Charger və eksklüziv displey zəmanəti | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung-dan üçlü təklif – yeni smartfon, Wireless Charger və eksklüziv displey zəmanəti

11:15 - 20 / 03 / 2018
Samsung-dan üçlü təklif – yeni smartfon, Wireless Charger və eksklüziv displey zəmanəti

Bir müddət öncə yeni Samsung Galaxy S9 xəttinin smartfonlarının rəsmi təqdimatı Barselonada keçirilmiş MWC 2018 sərgisi çərçivəsində gerçəkləşib.

Galaxy S9/S9+smartfonları bir çox dəyişikliklər və yeniliklərlə istifadəçilərə təqdim edilib. “Gəlişlərindən” bir o qədər də çox zaman keçməsə də, flaqmanlar ekspertlərin müsbət rəylərini almağa müvəffəq olub və bir neçə mükafata layiq görülüblər. Belə ki, Display Mate labarotoriyasının ekspertləri telefon bazarında Galaxy S9-u ən yaxşı displey ilə təchiz olunmuş smartfon adlandırıblar. Mütəxəssislər qeyd edib ki, smartfonun ekranı rəngləri o qədər təbii və dolğun ifadə edir ki, “orijinaldan fərqləndirmək olmur”.

Qeyd edək ki, smartfonlar 18,5:9 icazəli, S9 və S9+-a müvafiq olaraq 5,8” və 6,2” SuperAMOLED ekranla təchiz olunublar. Galaxy S9-unpalitra diapazonunun dəqiq və incə tənzimlənməsi sayəsində rənglər daha dəqiq ötürülür. Daha bir vacib məqam isə burada sizin seçiminizlə dəyişən dördrəng ötürmə rejiminin mövcudluğudur. Bu rejimlər sayəsində smartfonunuzun displeyini özünüzə uyğun şəkildə tənzimləyə bilərsiniz. Bu rejimlərin hər biri ifadə intensivliyi ilə fərqlənir və populyar  DCI-P3 və Rec.709 standartlarına uyğundur. Lakin, daha yaxşı nəticə əldə etmək üçün “standart” rejimə üstünlük vermək tövsiyə olunur.

Həmçinin, Galaxy S9-un displeyi köhnə nəsil modellərdən 20% daha parlaqdır. Flaqmanda parlaqlığın maksimal dərəcəsi 1000 nit təşkil edir, günəş işığında isə bu göstərici daha 13% artır.

Qeyd edək ki, smatrfonlar yaxın günlərdə satışa çıxarılacaq. Mart ayının 9-dan 22-dək isə istifadəçilərin öncədən sifariş təklifindən istifadə etmək imkanları var. Belə ki, Galaxy S9 və S9+ smartfonlarını öncədən  sifariş edərkən siz həmçinin Wirelesss Charger-i hədiyyə olaraq qazanırsınız.

Əlavə olaraq, Samsung şirkətinin sizlər üçün xüsusi təklifi var. Galaxy S9 xəttinin smartfonlarını alarkən siz “Eksklüziv displey zəmanətinə” sahib olursunuz və 1 il ərzində hər hansı gözlənilməz səbəbdən sıradan çıxmış ekranınızı cəmi 49 AZN-ə dəyişmək imkanı qazanırsınız.  Aksiya 30 iyun 2018-ci il tarixinə qədər əldə edilmiş bütün Galaxy S9/S9+ smatfonlarına keçərlidir. Aksiya çərçivəsində displeyi yalnız 1 dəfə dəyişmək olar.

Beləliklə, qabaqcadan cəmi 50 AZN ödəməklə siz bir deyil, üç xüsusi təklifdən yararlanaraq, müasir və multifunksional flaqmanın ilk sahiblərindən olmaqla birlikdə həm Wireless Charger, həm də “Eksklüziv displey zəmanətinə” sahib olursunuz. Belə bir təklifi qaçırmaq olmaz!

Galaxy S9 xəttinin yeni smartfonları və öncədən sifarış haqqında əlavə məlumatı Baku Electronics, Irshad Telecom, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
673

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər