Sarkisyan: Xoşagəlməzdir, amma Lukaşenko haqlıdır | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyan: Xoşagəlməzdir, amma Lukaşenko haqlıdır

11:59 - 17 / 12 / 2018
Sarkisyan: Xoşagəlməzdir, amma Lukaşenko haqlıdır

Bu, xoşagəlməz və yersizdir, ancaq Lukaşenko haqlıdır”.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Respublika partiyası siyasi şurasının sədri Aram Sarkisyan bildirib.

"Lukaşenko haqlıdır, əgər KTMT-də nəsə söyləyəcəyiksə, onda bizim sözümüz ilk növbədə strateji tərəfdaşımıza, Ermənistanın əsas müttəfiqinə, Azərbaycana bir nömrəli silah satıcısına, yəni Rusiyaya istiqamətlənməlidir.

Amma mənim fikrimcə, danışmaq mənasızdır: biz sadəcə olaraq səssiz, addım-addım NATO ilə əməkdaşlığımızı daha da aktivləşdirməliyik,  belə olan hlada bizə qarşı olan davranış mütləq şəkildə dəyişəcəkdir. Əminəm ki, bizə Rusiyaya nə qədər lazımdırsa, Moskvanın bizə iki dəfə artıq ehtiyacı var, əks halda onların sərhədləri Krasnodar ərazisindən keçəcək ", Sarkisyan deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalistlərlə Minskdə görüşü zamanı MDB sammitində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyandan Azərbaycana silah satışına görə tənqidlər almasından danışıb.  

"Mən ona dedim k, Nikol, gəl buna nöqtə qoyaq. Azərbaycana silah satışında ilk yerdə kimdir? Kimdir? Rusiya ... Mən ona dedim ki, niyə dilini gizlədirsən. Ona deyin, Vladimir Vladimiroviçi tənqid etsin... Aaa, qorxursunuz? İkinci yerdə isə İsrail, üçüncüsü  Türkiyədir,  “Polenez”i nəzərə alsaq, dördüncü və ya beşinci yerdə Belarusdur. “Polenez” olmasa, biz onuncu olacağıq. Bəs niyə Belarusa hücum edirsiniz?", deyən Lukaşenko, onu anti-Ermənistan siyasətçi kimi təqdim etmək cəhdlərinə baxmayaraq, ermənilərin Belarusda Ermənistandan daha yaxşı yaşadıqlarını vurğulayıb.

P.Sultanova

Paylaş:
512

Son xəbərlər

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26
Bütün xəbərlər