Sarkisyanın qardaşı oğlu insan oğurluğunda və işgəncə verməkdə ittiham olunur | 1news.az | Xəbərlər
Ermənistan

Sarkisyanın qardaşı oğlu insan oğurluğunda və işgəncə verməkdə ittiham olunur

09:31 - 17 / 07 / 2018
Sarkisyanın qardaşı oğlu insan oğurluğunda və işgəncə verməkdə ittiham olunur

Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan adam oğurluğunda və insanlara işgəncə verməkdə ittiham olunur.

1news.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Məlumata görə, insident 2017-ci ilin avqustunda baş verib. Hadisənin qurbanı Yerevanın mərkəzində əcnəbi turistlər üçün gecə klubu açmaq istəyən 49 yaşlı kişi olub.   

“2017-ci ilin avqustun ortalarında Narek Sarkisyanın mühafizə rəisi Artyom Poqosyan həmin şəxsi söhbət etməyə çağırıb. Lakin yol kəsişmələrindən birində sahibkar oğurlanıb və güc tətbiq edilməklə Narek Sarkisyana məxsus evə aparılaraq,  zirzəmisinə salınıb”, - deyə xəbərdə vurğulanıb.

Zirzəmiyə salınan sahibkar döyülüb və işgəncələrə məruz qalıb: “Sarkisyan onu tapança ilə hədələyib, qaz avadanlığı ilə yanıq xəsarətləri yetirib. Daha sonra həmin şəxs Sarkisyana məxsus yük maşınlarının servis mərkəzinə gətirilərək təkrar döyülüb. Klub biznesi ilə məşğul olmayacağını vəd etdikdən sonra sərbəst buraxılıb”.  

Baş Cinayət-Axtarış İdarəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

Bundan əvvəl N.Sarkisyan digər cinayət işi çərçivəsində silah və narkotik saxlamaqda və dələduzluqda ittiham edilərək axtarışa verilib.

Qeyd edək ki, Sej Sarkisyanın qardaşı Levon Sarkisyan və qardaşı qızı “qanunsuz varlanma” və gəlirlər bəyannaməsində yalan məlumatlar əks etdirməkdə ittiham olunaraq barələrində axtarış elan edilib.  

1news.az

Paylaş:
631

Son xəbərlər

Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44
Bütün xəbərlər