Şarmazanov: Altı ay ərzində Paşinyanın yalanlarının aşkarlanmasına şahidlik etdik | 1news.az | Xəbərlər
Ermənistan

Şarmazanov: Altı ay ərzində Paşinyanın yalanlarının aşkarlanmasına şahidlik etdik

11:40 - 14 / 11 / 2018
Şarmazanov: Altı ay ərzində Paşinyanın yalanlarının aşkarlanmasına şahidlik etdik

Ermənistan erkən parlament seçkiləri mərhələsindədir və açıq-aydın görünür ki, bu, siyasi sistemin təkminləşməsinə, bərabər imkanlara cavab verməyən tələsik seçkilərdir.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu parlamentinin vitse-spikeri, Respublika Partiyasının təmsilçisi Eduard Şarmazanov deyib.

O bildirib ki, respublikaçıları seçkiləri boykot etməməkdə və Paşinyanın gələcək hakimiyyətini qanuniləşdirməkdə tənqid edənlər var:

“Biz dəfələrlə demişik: bu gün Ermənistan heç vaxt olmadığı qədər ciddi xarici və daxili problemlərlə üz-üzədir. Və bu şərtlərlə biz özümüzü passiv aparıb Paşinyanın mümkün nöqsanlarına  sevinə bilmərik. Biz bu çətinliklərə qarşı çıxmaq üçün hər şeyi edəcəyik.

Respublika Partiyası real müxalifət olmaq və ikinci bir qütb formalaşdırmaq üçün seçkilərdə iştirak edəcək. Ölkəmizə hakimiyyətin çatışmazlıqlarını və səhvlərini göstərən real müxalifət lazımdır”.

Şarmazanov hesab edir ki,  ötən bu altı ay ərzində bir sıra yalanların aşkarlanmasına şahidlik ediblər:

“Paşinyanın vəd etdiyi sıçrayışlı inkişafın əvəzinə biz iqtisadi artımın enməsinə, investisiya göstəricilərinin 11 dəfə azalmasına, kameraların və qırmızı xətlərin aradan qaldırılması yerinə, kameraların artmasına və qırmızı xəttlərin saxlanmasına şahidlik etdik.

Yeni iş yerləri açmaq əvəzinə, onların ixtisara salınmasını gördük. Paşinyanın vəd etdiyi demokratik inkişafın əvəzinə Milli Təhlükəsizlik Xidmətinin "düşünmək, sonra danışmaq" təhdidini aldıq. Milli və xristian dəyərlərini möhkəmləndirmək əvəzinə, biz bütün ermənilərin katolikosuna hücum, Şurnuhda homoseksualizmin təşviqini  gördük.

KTMT-də mövqelərimiz möhkəmlənmədi, əksinə  baş katib vəzifəsini itirdik. Mən isə sadəlöhvcəsinə doğum günüm üçün Paşinyanın hədiyyə verəcəyinə ümid edirdim. Və heç bir şey baş vermədi".

P.Sultanova

 

 

Paylaş:
616

Son xəbərlər

6 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38
Bütün xəbərlər