1news.az

Şarmazanov: Bu, Paşinyanın fiaskosudur

19 Aprel saat 13:09 ~ 1 dəqiqəlik oxu 312
Şarmazanov: Bu, Paşinyanın fiaskosudur

Ermənistanın Dövlət Nəzarət Xidmətinin rəhbəri David Sanasaryana qarşı ittihamlar baş nazirin fiaskoya uğramasıdır.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə parlamentin sabiq vitse-spikeri, Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.

"Xoşagəlməz hadisədir. Paşinyanın fiyaskosundan xəbər verir. Hər iki ssenaridə Paşinyan məğlub oldu” ", - Şarmazanovdeyib.

Onun sözlərinə görə, əgər iddia saxtalaşdırılıbsa, Sanasaryan bəyan etdiyi kimi, deməli, Ermənistanda ədalət yoxdur. Yəni, işin saxtalaşdırılması Paşinyanın nəzarəti altındadır. Bu da Manvel Qriqoryana və Robert Koçaryana qarşı işlərə də aiddir.

Şarmazanov hesab edir ki, əgər ittihamlar əsaslandırılırsa, onda Paşinyanın ölkədə korrupsiya olmadığına dair söylədikləri yalandır.

Qeyd edək ki, David Sanasaryana hemodializ üçün tibbi avadanlıqların tədarükünə dair tenderə müdaxilə üzrə açılmış cinayət işinə dair ittiham elan olunub.

Xatırladaq ki, Milli Təhlükəsizlik Xidməti daha əvvəl Dövlət Nəzarət Xidmətinin iki əməkdaşları Samvel Adyan və Qevork Xaçatryanı, həmçinin onlarla əlaqəli bir şirkətin nümayəndəsini həbs edib.

2018-2019-cu illərdə onlar elan edilmiş tenderlərdə qələbəni təmin etmək məqsədi ilə tibbi avadanlıqlarının satınalınması prosesinə qeyri-qanuni müdaxilə ediblər.

Sanasaryanın ittihamı saxta adlandırıb, deyib ki, "Yeni Ermənistan üçün mübarizə davam edir, mənə qarşı irəli sürülən ittihamlar uydurmadır və bu heç bir sübuta ehtiyac yoxdur”.

P.Sultanova

 




OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net