Səfir : Azərbaycanla əməkdaşlığın inkişafı üçün əzmlə işləmək niyyətindəyik | 1news.az | Xəbərlər
Siyasət

Səfir : Azərbaycanla əməkdaşlığın inkişafı üçün əzmlə işləmək niyyətindəyik

13:00 - 14 / 07 / 2018
Səfir : Azərbaycanla əməkdaşlığın inkişafı üçün əzmlə işləmək niyyətindəyik

Bakıda Misirin milli bayramı - İyul İnqilabının 66-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

1news.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səsləndirilib.

Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim inqilabdan ötən illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.

Misir ilə Azərbaycan arasındakı əlaqələrdən söz açan səfir bildirib ki, ölkələrimiz arasında tarixən səmimi əlaqələr mövcud olub. Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Səfirin sözlərinə görə, Misir və Azərbaycan inkişaf edən ölkələrdir və Azərbaycanla əməkdaşlığın inkişafı üçün əzmlə işləmək niyyətindədir.

Diplomat  əlavə edib ki, hər iki ölkə iqtisadi inkişafa və sosial tərəqqiyə nail olmaq istiqamətində bir-birinin səylərini dəstəkləyir.

Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı istiqamətində əldə edilmiş nailiyyətləri xüsusi qeyd edib. Diplomat Azərbaycanda müxtəlif dinlərin və təriqətlərin birgə sülh şəraitində yaşamasının təqdirəlayiq olduğunu vurğulayıb.

Milli Məclisin sədr müavini Bahar Muradova Misir xalqını və dövlətini dövlətini Azərbaycan hökuməti adından təbrik edib.

O, Misirin beynəlxalq müstəvidə layiqli yerinin olduğunu bildirib.

İkitərəfli əlaqələrdən danışan Bahar Muradova Azərbaycan-Misir münasibətlərinin qarşılıqlı hörmətə əsaslandığını söyləyib. Səfirliklərin ikitərəfli istiqamətdə gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.

Bahar Muradova Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Misirə səfərinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm rol oynadığını bildirib. Əlavə edib ki, iki ölkə arasında iqtisadiyyat, energetika, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Azərbaycanın Misirlə iqtisadi və ticarət əlaqələrinin daha da gücləndirilməsinə xüsusi önəm verdiyini deyən parlamentin sədr müavini inandığını bildirib ki, bu əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək.

Tədbirdə rəsmi şəxslər, deputatlar, diplomatik korpusun nümayəndələri, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

P.Sultanova

Paylaş:
496

Son xəbərlər

FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20
Bütün xəbərlər