Səfir: Portuqaliya Azərbaycanın strateji əhəmiyyətinin fərqindədir | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Portuqaliya Azərbaycanın strateji əhəmiyyətinin fərqindədir

11:56 - 14 / 06 / 2019
Səfir: Portuqaliya Azərbaycanın strateji əhəmiyyətinin fərqindədir

Bakıda Portuqaliyanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri,ictimaiyyət nümayəndələri iştirak ediblər.

Portuqaliyanın Azərbaycandakı qeyri-rezident səfiri (iqamətgahı Ankara) Paula Da Silva ölkəsinin Milli Gününü Azərbaycanda qeyd etməkdən məmnunluq hissi keçirdiyini deyib. O bildirib ki, portuqal xalqı Avropanın ən qədim xalqlarındandır. Portuqal dili 5 qitədə 300 milyon insan tərəfindən istifadə olunur, poeziya, innovasiya və elm dili hesab olunur.

Səfir son illərdə Portuqaliyanın ümumi daxili məhsulunun (ÜDM) 7 faiz artdığını deyib.

Azərbaycanla münasibətlərə toxunan xanım səfir vurğulayıb ki, iki ölkə arasında diplomatk əlaqələrin qurulmasından 26 il keçir. Hər iki ölkə multikultiralizm və müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır.

Onun sözlərinə görə, Azərbaycanla ticarət dövriyyəsinin artırılması istiqamətində görüləcək işlər hələ çoxdur.

“Bizim hökumətimiz Azərbaycanın strateji əhəmiyyətinin fərqindədir. Eyni zamanda Azərbycanın logistika müstəvisində əhəmiyyətini anlayırıq. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsini alqışlayırıq", deyə xanım Silva əalvə edib.

Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Portuqaliya xalqını ölkə rəhbərliyi adından təbrik edib. Nazir bildirib ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir:

"Azərbaycan Portuqaliya ilə ikitərəfli əlaqələrin inkişafına yüksək önəm verir. Azərbaycan Portuqaliyanın ölkəmizin ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin həllində respublikamızın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirir. Son illər ölkələrimiz arasında turizm, mədəniyyət və ticarət sahələrində əməkdaşlıq genişlənir. Əminəm ki, əlaqələrimiz gələcəkdə daha da inkişaf edib güclənəcək".

Daha sonra Portuqaliyadan dəvət olunmuş musiqiçilərin konsert proqramı təqdim edilib.

P.Sultanova

Paylaş:
595

Son xəbərlər

Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59
Bütün xəbərlər