Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır | 1news.az | Xəbərlər
Siyasət

Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır

14:25 - 23 / 01 / 2019
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır

Çox qəribədir, imzalamadığımız bir sənəddən imtina etməyimiz istənilir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu fikri AŞPA-nın “Şəriət qanununun İnsan Hüquqları üzrə Avropa Konvensiyasına uyğunluğu: Konvensiyaya qoşulan ölkələr Qahirə Bəyannaməsinin iştirakçısı ola bilərmi?” adlı məruzənin müzakirələri zamanı qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov söyləyib.

Nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropa Şurası 10 il əvvəl Azərbaycanla fəxr edirdi. Bakıda Avropa Şurasına üzv olan 47 ölkənin, eləcə də 10 İslam ölkəsinin mədəniyyət nazirlərinin konfransında Bakı Bəyannaməsi imzalandı. Qarşılıqlı anlaşma, mədəniyyətlərarası əlaqələr, birgə gələcək, insan hüquqları haqqında olan bu Bəyannamənin imzalanması yüksək qiymətləndirildi. Ancaq 10 il sonra Azərbaycan, Albaniya və Türkiyədən heç vaxt imzalamadığımız Qahirə Bəyannaməsindən imtina etmək tələb olunur. Azərbaycan 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatının üzvü olub. Qahirə Bəyannaməsi isə 1990-cı ildə imzalanıb. Ölkəmiz heç vaxt Qahirə Bəyannaməsini imzalamayıb.

Biz dünyəvi ölkəyik. Bakının mərkəzində kilsə, sinaqoqlar var, onların sayı çoxalır. Ölkəmizdə əhalinin əksəriyyəti müsəlmandır. Biz müsəlman irsimizlə fəxr edirik. İrsimizi qoruyub saxlayırıq, amma dünyəvi ölkəyik. Biz Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışıq. İnsan hüquqları, demokratiya, qanunun aliliyi kimi ümumi dəyərləri daha yaxşı anlamaq məqsədilə dəfələrlə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının birgə komissiyasını təşkil etməyi tövsiyə etmişik.

S.Seyidov vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqəsi olan ölkələrə qarşı müəyyən cəza ideyalarından danışmaq əməkdaşlıq yolu deyil. Dialoq yaratmaq bu təşkilatda eyni dəyərləri bölüşən ölkələrlə qarşıdurma yaratmaqdan daha yaxşı olar. Nümayəndə heyətinin rəhbəri əməkdaşlığın tərəfdarı olduğunu vurğulayıb.

1news.az

Paylaş:
327

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər