Şəmistan Əlizamanlı: Ərdoğanın mənim mahnımı seçməsi çox xoşdur – MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Şəmistan Əlizamanlı: Ərdoğanın mənim mahnımı seçməsi çox xoşdur – MÜSAHİBƏ

16:00 - 14 / 02 / 2019
Şəmistan Əlizamanlı: Ərdoğanın mənim mahnımı seçməsi çox xoşdur – MÜSAHİBƏ

Məlum olduğu kimi, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının “Bismillah” mahnısı bu il martın 31-də Türkiyədə keçiriləcək seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki mahnısı olaraq seçilib.

Şəmistan Əlizamanlı 1news.az-a müsahibəsində bu mahnının seçilməsi, Türkiyədəki fəaliyyəti, eləcə də gələcək planlarından danışıb.

- Şəmistan müəllim, ifa etdiyiniz mahnının AKP-nin seçki mahnısı olaraq seçilməsini necə qarşıladınız?

- Əlbəttə ki, mən bunu çox müsbət qarşıladım. Yaradıcı insan üçün bu, bir uğurdur. Türkiyə kimi böyük bir ölkənin prezident seçkilərinin təbliğat kampaniyasında bu mahnının səsləndirilməsi çox xoşdur.

“Bismillah”ın musiqisi mənə aiddir, amma sözlərini Türkiyədən göndəriblər. Ona uyğun da musiqini yazdıq.

Bundan əvvəl “Diriliş Ertoğrul” serialında Əhməd Cavadın sözlərinə yazılmış mahnı ifa etmişəm. Bir neçə aydır ki, Türkiyə telekanallarında prezident Ərdoğanın çıxışları o mahnının fonunda təqdim edilir. Bu şeir isə ümumi seçki təbliğatına istiqamətlənib.

Onu da deyim ki, “Diriliş Ertoğrul” filmində sözləri yenə Əhməd Cavada aid olan yeni bir mahnı da ifa etmişəm. Gələn həftənin üçüncü günü həmin mahnı səslənəcək.

- “Bismillah”a musiqi yazarkən  sözlərdə hər hansı dəyişiklik etdinizmi?

- Xeyr, şeir necə idi, elə də musiqi bəstələndi. Bu, öncədən yazılmışdı. Mən “Diriliş Ertoğrul” serialında Əhməd Cavadın sözlərinə yazılmış “Bismillah” mahnısını oxumuşdum. Yəni, mənim ifamda bu mahnının musiqisindən istifadə edildi.

- Məhz sizi seçmələri musiqinin, səsinizin gözəlliyindən irəli gəlir, yoxsa başqa səbəb var?

- Yox, başqa səbəb yoxdur. Sadəcə musiqini bəyənib qəbul ediblər. Yəni, qayda belədir ki, seçki öncəsi musiqilər təqdim edilir, sənətçilər mahnıları ilə müraciət edirlər. Bunu həyata keçirən şirkət son anda onların arasından seçdiklərini ölkə prezidentinə təqdim edir. Mənə belə söylədirlər. O, hansını bəyənirsə, bundan da istifadə edirlər.

- Türkiyədən yeni yaradıcı dəvətlər almısınızmı?

- Türkiyədən dünən dönmüşəm. Bilirsiniz ki, “Diriliş Ertoğrul” serialında çəkilirəm. Bununla yanaşı həm filmlərlə, həm də mahnılarla bağlı yeni dəvətlər var.

- Bununla bağlı daha ətraflı məlumat verə bilərsinzi?

- Hələ açıqlama vermək istəmirəm. İnşallah daha sonra bu barədə danışacam.

- Azərbaycanda hansı yeni işləriniz, gələcək planlarınız var?

- Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı layihəmiz var və bu deviz altında tədbirlər həyata keçiririk. Bu gün Qobustan  rayonuna yola düşürük. Sabah orda İcra Hakimiyyəti və Dövlət Xidməti ilə birgə tədbirimiz olacaq. Mən də həmin tədbrin sonunda konsert proqramı ilə çıxış edəcəm.

- Azərbaycanla müqayisə etsək, Türkiyədə ifalarınız nə dərəcədə sevilir?

- Mənim ifalarım Türkiyədə çox məşhurdur. Neçə illərdir “Turan elləri var olsun” mahnısından Türkiyə prezidentinin çıxışlarında istifadə olunur. Telekanallar bundan geniş istifadə edib və mənə çoxsaylı təşəkkürlər gəlib. Əlbəttə, Türkiyədə bizi çox izləyirlər. Necə ki, biz onlarla maraqlanırıq, qarşı tərəf də bizə o cür münasibət bəsləyir.

- Şəmistan müəllim, siz həm də Azərbaycanın ən ağır müharibə şəraitində olduğu dövrdə öz ifalarınızla gənclərə, yeniyetmələrə vətənpərvərlik ruhu aşılamısınız. Sizin ifalarınız vətənpərvərliyi təbliğ edirdi. Bugünkü  gənclərdə, yeniyətmələrdə bu ruh aşılana bilirmi?

- Bəli, vətənpərvərlik ruhu bu gün də çox yüksəkdir. Həmişə deyirəm ki, 2016-cı ilin aprel döyüşlərində ordumuz uzun illərdən sonra düşmənə ağır zərbələr endirdi. Öz gücünü, qüvvətini göstərdi. O günlər yadınızdadır, xalqımız birləşmişdi, hətta ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən minlərlə müraciət olmuşdu ki, gəlib torpaqlarımızı işğaldan azad etmək istəyirlər. Yəni, bu ruh daha da yüksəlməkdədir. Nə qədər ki, torpaqlarımızı işğalda azad etməmişik, ruhdan düşə bilmərik.

Əlbətə ki, biz o qələbəni təmin edəcəyik. Ordumuz qüdrətlidir, istənilən döyüş əməliyyatını yerinə yetirməyə hazırdır. Düşünürəm ki Ali Baş Komandan əmr verdiyi anda biz öz torpaqlarımızı qısa  zaman ərzində düşməndən azad edəcəyik.

- Bəzən belə fikirlər səslənir ki, Türkiyədə Azərbaycandan olan yaradıcı insanlara yer verilmir. Bu yanaşma ilə razısınızmı?

- Mən bu fikirlə razı deyiləm, bu doğru deyil. Türkiyə böyük ölkədir, 80 milyondan çox əhalisi var. Bu ölkədə bir- birindən gözəl, istedadlı sənətkarlar var. Yəni, kənardan kimlərinsə dəvət olunmasına ehtiyac yoxdur. Mən o filmə “Turan elləri var olsun” mahnısına görə dəvət aldım. Bu mahnını çox bəyənmişdilər. Buna görə də yaradıcılıq işimə orda davam edim.

P.S.

Paylaş:
3078

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər