Səudiyyəli jurnalistin dəhşətli ölümü: musiqi sədaları altında işgəncə verərək başını kəsiblər - TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Dünya

Səudiyyəli jurnalistin dəhşətli ölümü: musiqi sədaları altında işgəncə verərək başını kəsiblər - TƏFƏRRÜAT

12:27 - 17 / 10 / 2018
Səudiyyəli jurnalistin dəhşətli ölümü: musiqi sədaları altında işgəncə verərək başını kəsiblər - TƏFƏRRÜAT

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Haşoqqinin (Türkiyə və Azərbaycan mediasında "Hakaci", "Haşoqqi", "Haşıqçı" kimi qələmə verilir, - red.) ilə bağlı yeni səs qeydləri ortaya çıxıb.

1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, səs qeydlərindən birində tələm-tələsik Ər-Riyada qaçan baş konsul Məhəmməd Uteybinin ciddi təşviş keçirməsi görünür.

Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman müxalif jurnalistin aradan götürülməsi üçün Ədliyyə Tibb Qurumunun başçısı da daxil olmaqla, İstanbula 15 adam göndərib. Sənəd üçün konsulluğa gələn Haşoqqinın işgəncələrə məruz qaldığı bildirilir. Məlumata görə, sorgu zamanı ilk olaraq barmaqları qoparılıb, daha sonra başı kəsilib.

Baş konsul Uteybi işgəncə zamanı “Bunu çöldə edin, başımı bəlaya salacaqsınız!” deyib. Jurnalistə işgəncə verənlər isə konsulu “Əgər Ərəbistana gələndə yaşamaq istəyirsənsə, sus!” şəklində xəbərdar edilir.

Qətərin “Əl-Cəzirə” kanalı da cinayətlə bağlı tükürpədici detalları paylaşıb. İddiaya görə, Camal Haşoqqi konsulun kabinetində öldürülüb və cəsədi 7 dəqiqə ərzində hissələrə ayırıblar. Cəsədin hissələrə bölünməsi işini isə səudiyyəli tibb mütəxəssisi Salah Məhəmməd əl-Tubaigi həyata keçirib. O, bu zaman yanındakılarına musiqi dinləməyə məsləhət görüb.

Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir.

Şaqqalayıb turşuda əritdilər - Jurnalistin amansız qətli

S.Xankişiyeva

 

Paylaş:
3611

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər