Sevinc Fətəliyeva: Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli mərasim mühüm hadisədir | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli mərasim mühüm hadisədir

14:41 - 22 / 09 / 2018
Sevinc Fətəliyeva: Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli mərasim mühüm hadisədir

“Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli mərasim mühüm hadisədir. Mərasimdə xeyli sayda ölkələrin parlamentlərinin rəhbərliyinin, deputatlarının iştirakı, səsləndirilən fikirlər Azərbaycanın dünyada böyük nüfuzua sahib olduğunu bir daha təsdiqləyir”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.S.Fətəliyeva bildirib ki, Şərqin ilk demokratik respubilkası olan Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyət göstərdiyi qısa müddət ərzində mühüm sənədlər qəbul etdi. Bu sənədlər, qanunvericilik aktları demokratik prinsipləri özündə ehtiva edirdi. Hazırda müasır Azərbaycan parlamentinin demokratik ənənələri davam etdirdiyini deyən millət vəkilinin sözlərinə görə, respublikamız müstəqilliyini bərpa etdikdən sonra Milli Məclis müstəqilliyimizin möhkəmləndirlməsində müstəsna rol oynayıb. Bu prosesin Uli öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra başladığını deyən S.Fətəliyeva qeyd edib ki, Milli Məclis bu dövrdən etibarən beynəlxalq standartlara, demokratik prinsiplərə uyğun qanunlar qəbul edib. Bütövlükdə parlament ölkəmizin bütün sahələrini əhatə edən mükəmməl qanunlar qəbul edib ki, bu da dinamik inkişaf prosesində hüquqi baza rolunu oynayır.Milli Məclisin fəaliyyətində beynəlxalq əlaqlərin də mühüm rol oynadığını deyən millər vəkili deyib ki, bu gün ölkə parlamenti geniş beynəlxalq əlaqlərə malikdir. Onun sözlərinə görə, Milli Məclis ayrı-ayrı dövlərlərin parlamentləri ilə yüksək münasibətlərə malikdir. Eyni zamanda, parlamentimiz beynəlxalq təşkilatlar- AŞPA, ATƏT PA, NATO PA, MDB PA, İƏT PM və digər qurumlar çərçıvəsində uğurla fəaliyyət göstərir.   

“Deputatlarımız həmin təşkilatların tribunalarında istifadə edərək milli maraqlarımızı qətiyyətlə qoruyurlar. Bu tribunalardan Azərbaycan həqiqətləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini, Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırır. AŞPA-da və digər qurumlarda Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələrin qəbul olunması Azərbaycan parlamentinin uğurudur. Biz bu istiqamətdə işimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Təbii ki, bu prosesdə Milli Məclisin parlamentlərarası dostluq qruplarının da özünəməxsus rolu var. Milli Məclisin dünyanın əksər ölkələrinin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir ki, burada da ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan həqiqətləri dostluq qrupları vasitəsilə dünyaya çatdırılır. Bütəvlükdə bu fəaliyyət də Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun artmasına özünün əhəmiyyətli töhfələrini verir”-deyə, deputat qeyd edib. 

S.Fətələyeva bildirib ki, Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və dərin məzmunlu çıxışı xüsusilə yaddaqalan oldu. Onun sözlərinə görə, dövlət başçısı çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əhəmiyyəti, o zaman parlamentimizin təsis olunması və fəaliyyəti haqqında dəyərli fikirlər söylədi.Bütövlükdə, cənab Prezidentin Azərbaycanın müasir inkişafı haqqında dəyərli fikirlər dediyini qeyd edən millət vəkilinin sözlərinə görə, dövlət başçısı hazırkı Milli Məclisin, deputatların fəaliyyətini də yüksək qiymətləndirib. “Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi olaraq toxundu və qeyd etdi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Dövlət başçısı qeyd etdi ki, Ermənistan xülyalarla yaşamamlıdır. “Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək və bu istiqamətdə çox önəmli addımlar atılmışdır”-deyən cənab Prezident beynəlxalq hüququn bizim tərəfimizdə olduğunu deyərək qəbul olunmuş sənədləri xatırlatdı. Dövlət başçısının qeyd etdiyi kimi Ermənistan öz gələcəyini düşünürsə, işğalçılıq siyasətinə son qoymalıdır. Çünki Ermənistanın başqa yolu yoxdur”-deyə, S.Fətəliyeva vurğulayıb.Millət vəkili bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın qazandığı uğurlar, beynəlxalq müstəvidə artan rolu barədə dəyərli fikirlər səsləndirdi. Şübhə yoxdur ki, ölkəmizin nailiyyətləri bundan sonra da davam edəcək və bu prosesdə Azərbaycan parlamenti də öz rolunu oynayacaq.

Paylaş:
664

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər