Sevinc Fətəliyeva: Azərbaycanda qadın hüquqlarının uzun tarixi irsi var – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Azərbaycanda qadın hüquqlarının uzun tarixi irsi var – FOTO

11:17 - 12 / 11 / 2018
Sevinc Fətəliyeva: Azərbaycanda qadın hüquqlarının uzun tarixi irsi var – FOTO

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar konfransında iştirak etmək üçün noyabrın 7-8-də  Londona səfər edib.

1news.az-ın verdiyi xəbərə görə, qurultay iştirakçıları olan parlamentarilər qadın liderlərin gücləndirilməsi, qadın parlamentarilərin öz parlamentlərində mümkün qədər səmərəli və nüfuzlü olmalarının yolları barədə müzakirələr aparıblar. Səfər zamanı millət vəkili “The London Post” qazetinə müsahibə verib. Müsahibədə millət vəkili konfransla bağlı təəssürlarını bölüşüb, Azərbaycanda qadın hüquqların tarixi və vəziyyətindən danışıb:

“Konfrans iştirakçıları hazırda bütün qadın parlamentarilərin üzləşdiyi aşağıdakı məsələləri müzakirə ediblər: siyasətdə qadın olmaq nə deməkdir, bu yolda olan maneələri necə dəf etmək lazımdır, səmərəliliyi necə artırmaq olar, qadınların siyasətdə daha çox təmsil olunmasını necə təmin etmək olar. Həmçinin, konfransda qızların təhsili, qadınlara qarşı zorakılıq, qadınların iqtisadi müstəqilliyi və ailə ilə siyasi karyeranın qurulması mövzuları da müzakirə olunub.

Konfransda, demək olar ki, dünyanın bütün qitələrindən, müxtəlif dinlərin, müxtəlif mədəniyyətlərdən, haqlarını müxtəlif yollarla əldə edən, lakin eyni dəyərləri və bənzər çətinlikləri paylaşan qadınlar iştirak edirdilər. Bütün dünyada qadınlar daim siyasətdə daha çox təmsil olunmaq və bərabər hüquqlar uğrunda mübarizə aparırlar. Biz bu il Azərbaycanda qadınların seçmək və seçilmək hüququ qazanmalarının 100-cü ildönümünü qeyd edirik. Ona görə də bizim qadınların hüquqları mövzusu uğur hekayəsi hesab oluna bilər. Lakin digər ölkələrin təcrübəsi də çox qiymətlidir. Konfransdakı bütün müzakirələrin ana xətti ondan ibarət idi ki, coğrafi məkan və milliyyətindən asılı olmayaraq qadınlar özlərinə daha çox inanmalıdırlar. Biz hər zaman ailəsi olan qadınların da kişilər qədər özlərini işə həsr edə biləcəklərini sübut etmək ehtiyacı duyuruq. Daha etimada və gender əsaslı ayrı-seçkiliyi aradan qaldırmağa ehtiyac var. Azərbaycanda qadın hüquqlarının bizim üçün dəyərli olan uzun tarixi irsi var, o qorunur və gündən-günə inkişaf etdirilir. 100 il bundan əvvəl Azərbaycan Demokratik Respublikasında dövrünü qabaqlayan çox mütərəqqi  qərar verildi – müsəlman Şərqində ilk dəfə olaraq qadınlar da kişilərlə bərabər seçmək və seçilmək hüququ qazandılar.

Ənənəvi olaraq qadınlar daha çox təhsil, elm, səhiyyə və mədəniyyət sahələrində daha çox təmsil olunurlar. Lakin bu gün dövlət dəstəyi sayəsində qadın məmurların, hüquq-mühafizə orqanları işçilərinin, siyasətçilərin və ictimai xadimlərin sayı artmaqdadır. Ölkənin Birinci vitse-prezidenti qadındır, qadın deputatların sayı çoxalır. Azərbaycanda qadınlara qapalı, yaxud əlçatmaz olan heç bir fəaliyyət sferası yoxdur. Qadın hüquqları Konstitusiyada təsbit olunmuş və dövlət siyasətində əksini tapıbdır. Ona görə də bizə sadəcə olaraq qadınların istəyi lazımdır”.

S.Xankişiyeva

 

Paylaş:
713

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər