1news.az

Sofiyada Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq üzrə son Şura iclası olub

13 İyun saat 14:34 ~ 1 dəqiqəlik oxu 118
Sofiyada Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq üzrə son Şura iclası olub

İyunun 13-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Xəbərlərin gələcəyi” devizi altında keçiriləcək Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq üzrə son Şura iclası olub.

1news.az-ın məlumatına görə, iclasda Azərbaycanın AZƏRTAC, Böyük Britaniyanın Press Association, Rusiyanın TASS, Səudiyyə Ərəbistanının SPA, ABŞ-ın Associated Press, Küveytin KUNA, İspaniyanın EFE və digər üzv agentliklərin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Şura iclasında Dünya Xəbər Agentlikləri Konqresinin növbəti prezidentinin seçilməsi və VII Konqresin keçiriləcəyi ölkə barədə ətraflı müzakirələr aparıldı. Şura üzvləri Konqresin prezidentliyinə bir neçə namizəd olduğuna görə bu iclasda yekun qərara gələ bilmədilər, növbəti dəfə - cari il dekabrın 2-də Londonda yenidən görüşmək və məsələləri bir daha müzakirə etmək barədə razılığa gəldilər.

Şura iclasında, həmçinin VI Konqresin gündəliyi müzakirə olundu, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net