“Stuage” – sizin uğur biletiniz – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Stuage” – sizin uğur biletiniz – FOTO

11:20 - 15 / 11 / 2018
“Stuage” – sizin uğur biletiniz – FOTO

Sirr deyil ki, xaricdə təhsilini davam etdirmək istəyən azərbaycanlı tələbələrin sayı ildən-ilə artır.

Xarici universitetlərin hər il ödənişi 5-10% artırması böyük dəyişikliyə səbəb olmur. Ailələr övladlarına yaxşı təhsil vermək üçün son vəsaitlərindən belə istifadə etməyə hazırdılar.

Bu ay ərzində bir neçə dəfə mediada adları səslənən iki sahibkar Toğrul Mahmudovun və Mir Mövsüm Dadaşovun yeni yaranmış şirkətinin uğurları 1news.az-in diqqətindən də yayınmadı.

Onlar 2016/17-ci illərdə universitetlərini bitirən kimi, bazardakı boşluğu Stuageşirkətini açaraq doldurmağa qərar verdilər. Toğrul Mahmudovun və Mir Mövsüm Dadaşovla daha yaxından tanış olmaq üçün aşağıdakı müsahibəni təqdim edirik:

- Belə bir xidmətə hələ də tələb olduğunu necə təyin etdiniz?

- Mövsüm: Biz ikimiz də, 2012-ci ildə xaricdə oxumağa qərar verdikdə çoxsaylı çətinliklərlə qarşılaşdıq. Bizi yönləndirən bir şirkət və ya bir adam yox idi. Şagirdlərin otuz faizi bu çətinlikləri özu həll edə bilirdi, biz də onlardan idik. O biri yetmiş faiz isə, çıxış yolu tapmaqda əziyyət çəkirdi. Anketlər və akademik sənədlər necə doldurulur, CV-lər hansı formada təqdim olunmalıdır, hansı bölgədə yaşayış daha uyğundu kimi suallar çox aktual idi.

- Toğrul: Amma bu bütün çətinliklərin bir qismidir. Təhsil başlayan zaman, o şagirdlərki “İB” və ya “A-Levels” oxumaqla universitetə baş vurublar, kurs işlərinə və imtahan formatlarına yaxından bələddirlər. Digər tərəfdən isə dövət məktəblərimizi bitirən şagirdlər başqa bir təhsil mühitinə düşərək dərslərin öhtəsindən gəlməkdə çətinlik çəkirlər.

Fotoda: Toğrul Mahmudov

- Bu ay ərzində mediada “Stuage”la bağlı çox sözlər deyilib, amma gənc yaşınıza baxmayaraq, təhsilinizdən və karyeranızdan bir məlumatımız yoxdu. Bunun həm bizə, həm də sizə müraciət edən insanlara maraqlı oluduğunu hesab edirik. Bu haqda nə deyə bilərsiniz?

- Toğrul: Mövsüm ilə birlikdə 2012-ci ildə Bakıda orta məktəbi bitirmişik. Ondan sonra İngiltərənin Bath şəhərində “University of Bath” universitenin, “BSc Accounting & Finance” fakultəsini bitirmişəm. Londonda bir-iki IT layihəsinin üstündə işləyib təhvil verdikdən sonra Bakıya qayıtmışam. “Stuage” layihəsini başlamamışdan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Fondunda və “AzəriTurkBank”-da təcrübə keçmişəm. Hal hazirda Mir Mövsümlə birlikdə şirkətimizdən əlavə, “Bluebit” IT şirkətinin təsisçilərindən biriyəm.

- Mövsüm: Mən də Bakıda orta təhsil aldıqdan sonra Şotlandiyanın Edinburg şəhərində “University of Edinburgh” universitetində “Business & Accounting” fakultəsinin həm bakalavr, həm də magistr dərəcələrini almışam. Edinburqda Azərbaycan cəmiyyətinin yaradıcısı və birinci rəhbəri olmuşam. Cəmiyyətin əsas fəaliyətlərindən biri də Azərbaycanın mədəniyətini və milli ədət-ənənələrinin xaricdə tanıtmaq olub. Mən Bakıya qayıtdığdan sonra “Deloitte” və “EY” kimi şirkətlərdə təcrübə keçmişəm. Hərbi xidmətimi bitirdikdən sonra, “Dünya” məktəbində, İB bölməsində “Business Managament” dərsini deyirəm.

Fotoda: Mir Mövsüm Dadaşov

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

- Toğrul: Bizim əsas məqsədimiz xarici universitetlərə yollanan həmvətənlərimizə əməli yardım göstərməkdir. Buna görə biz, yaxın zamanda, “Stuage” şirkətin adından təlimat xarakterli kitabı çapdan buraxacağıq.

Gələcəkdə şirkətimizin nərzində treninq xarakterli kurslar təşkil etmək və vaxtaşırı təlimatlar çap etdirməkdi.

- Mövsüm: Toğrulun sözlərinə əlavə etmək istəyərdim ki, fikirimiz o kurslarda abituriyentlərdən başqa, valideynlər ücün xüsusi konfraslar təşkil etməkdi. O konfranslarda, valideynlərin qarşısında duran vəzifələrdən danışmaq və onlara dürüst informasiya verməkdir.

- Toğrul: Ümümiyyətlə, əsas məqsədimiz xaricdə təhsil almaq istəyən Azərbaycan gənclərinə düzgün yol göstərmək və seçdikləri ixtisaslar üzrə əlimizdən gələn yardımı etməkdir.

 “Stuage” şirkətinin fəaliyyəti ilə bağlı daha ətraflı məlumatı əldə etmək üçün (+99450) 600-70-25, (+99455) 600-70-25 nömrələrinə zəng etməklə və ya www.stuage.com rəsmi saytına müraciət etməklə əldə edə bilərsiniz.

Paylaş:
4488

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər