Suriya üzrə Soçi konqresi nə vəd edir? - Şərh
Türkiyə, Rusiya və İranın Suriya münaqişəsinin sülh yolu ilə nizamlamaya istiqamətlənmiş cəhdlərinin əhəmiyyətli nəticələrə gətirib çıxarıldığı deyilə bilər. Astanada danışıqları təşkil edən üç ölkə Suriyada atəşkəs rejiminin qarant-ölkələri oldular və münaqişənin aradan qaldırılması üçün deeskalasiya zonaları təşkil edib, sülhün bərpası istiqamətində ön şərtlər yaratdılar.
Bunu 1news.az-a açıqlamasında Ankara İldırım Beyazit Universitetinin professoru, Rusiya Araşdırmaları İnstitutunun direktöru Salih Yılmaz bildirib.
Onun sözlərinə görə, bir il əvvəl Rusiya Suriyada vətəndaş konstitusiyası layihəsini təklif etdi və Suriya milli dialoq Konqresinin qurulmasına hazırlıq prosesi başladı:
“2017-ci il 23-24- yanvarda Qazaxıstanın paytaxtında keçirilən danışıqların gedişində Türkiyə, Rusiya və İranın himayədarlığı ilə atəşkəs və sülh rejiminin əsas prinsipləri haqqında razılığa gəlindi. Rusiyanın Suriyaya təklif etdiyi yeni konstitusiya layihəsinin ən mübahisəli məqamı, "Suriya Ərəb Respublikası" adından “Ərəb" sözünün çıxarılması idi. Baxmayaraq ki, atəşkəs razılaşması zamanı daima məhz “Suriya Ərəb Respublikası” qeyd olunurdu. Bundan əlavə, Konstitusiyaya görə, ərəblərdən başqa, mədəni muxtariyyətə xüsusi diqqət yetirərək kürdlərə geniş muxtariyyət verilir. Nə qədər ki, Rusiya yeni konstitusiya layihəsində nəzərdə tutulan muxtariyyətın- inzibati deyil, mədəni-linqvistik olduğunu iddia etmirsə, əgər Konstitusiyada yerli parlamentlər haqqında yazılıbsa, deməli gələcəkdə Suriya bölgüsü mümkündür. Rusiya tərəfindən hazırlanan yeni konstitusiya layihəsi Astanada dərhal Azad Suriya Ordusunun (SSA) nümayəndələri tərəfindən rədd edildi. Bundan əlavə, kürdləri təmsil edən Suriya Kürdləri Milli Şurası (ENKS), Moskvada yeni bir konstitusiyanı müzakirə etmək üçün Rusiyadan gələn dəvəti rədd etdi. Suriyada sülh yolu ilə tənzimləmə üzrə danışıqlar aparan tərəflər yeni konstitusiyaya öz mövqelərini bildirmək üçün Tehran, Moskva, Ankara və Dəməşqdə müstəqil olaraq təlimlər keçirdilər”.
Politoloq xatırladıb ki, ötən ilin 3 fevral tarixində Ankarada SSA və Müxaliflərin Ali Müzakirə Heyəti koordinatoru (VKP) Riyad Hicab, Milli Koalisiyanın rəhbəri Enes Abdenin, Suriyadakı Kürd Milli Şurasının rəhbəri və Suriya Türkman Məclisinin sədri Emin Bozoğlu daxil olmaqla digər müxaliflər və Astana müzakirələrində iştirak edən silahlı qruplar toplandılar:
“Suriya müxalifətinin nümayəndələri bu konsepsiyaların bəzi dairələrin əlinə keçə biləcəyi ilə əlaqədar Rusiya konstitusiya layihəsində ön plana çıxarmağa çalışdıqları "muxtariyyət" və "federasiya" kimi anlayışlarla razılaşmağın mümkün olmadığını bildirdilər. Suriya müxalifətinin nümayəndələri bildirdilər ki, Rusiyanın Konstitusiya layihəsində ön plana çıxarmağa çalışdığı "muxtariyyət" və "federasiya" kimi anlayışlarla razılaşmaq olmaz. Bu kimi anlayışlar bəzi dairələrin əlində “oyun” ola bilər. Onlar, həmçinin qeyd etdilər ki, Suriyanın ərazi bütövlüyünü təhdid edən PYD / YPG kimi elementlər Cenevrə danışıqlarında iştirak etməməlidir. Ancaq indi deyə bilərik ki, Astanada danışıqlardan bir il sonra Rusiya PYD / YPG-nin də iştirkını israr edir və bu, ölkələr arasında etimada mənfi təsir göstərir. Aydın olur ki, Rusiya əhəmiyyətli dəyişiklik etmədən, bir il əvvəl hazırlanan yeni konstitusiya layihəsini Suriya Milli Dialoqu qurultayında gündəmə gətirəcək. Türkiyə konstitusiyada etink çoxluğun təmsil olunduğu və etnik prinsiplər əsasında silahlı birləşmələri olan Suriya bölgələrinə yerli parlamentlər qurma hüququnu verən maddəni qəbul etmədi. Aydındır ki, yeni konstitusiya Obama dönəmində Rusiya və ABŞ arasında razılaşdırılıb. Məlumdur ki, Barak Obama administrasiyası dövründə Moskva və Vaşinqton PYD üçün geniş siyasi və hərbi muxtariyyatın tanınması barədə razılığa gəliblər. Rusiya, PYD üçün muxtariyyət təklifi onun fikri deyil, Obama rejimi dövründə ABŞ planı olduğunu təsdiqlədi. Rusiyaya görə, muxtariyyət strukturunda məclisləri saxlanıla bilər. Bu məclislərin fəaliyyətləri yerli səviyyədə həyata keçiriləcək”.
Onun sözlərinə görə, Moskva PYD-nin silahlı qüvvələrinə kənd meşəbəyilərinə bənzər səlahiyyətlər verməyi düşünür: “Rusiya yeni konstitusiyanı müzakirə etmək üçün PYD-ni Soçiyə dəvət etməyəcəyini təsdiqləməsə də, bu mövzu ilə bağlı çoxdan PYD ilə danışıqlar aparır. Əgər mətni Rusiyada hazırlanan 85 maddədən ibarət yeni Suriya konstitusiyası qəbul olunarsa, Suriyada silahlı qarşıdurmaların davam edəcəyi ehtimalı var. Bir çox müxalifət qrupları Soçiyə gəlməyəcəyini bildirir. Çünki yeni konstitusiya Əsədin nəzarəti altında hazırlanıb.
Göründüyü kimi, Rusiya və İran birlikdə hərəkət edir. Türkiyə isə Suriya müxalifətin hüquqlarını müdafiə etməyə çalışır. Əgər diqqət etsək, Tehran Bəşər Əsəd hökumətini zəiflədəcək təklifləri dəstəkləmir, Moskva isə Əsəd olmadan Suriya münaqişəsinə həll təklifini etmir, Moskvanın istəklərinə uyğun olaraq sülh yolu ilə həllin mümkünsüzlüyündən danışır.
Türkiyə ilə əməkdaşlıq edən Rusiya, qısa müddətdə Birləşmiş Ştatlar olmadan Suriyadakı sülhə nail olmaq istəyir. Münaqişənin dinc həllinə ən böyük maneə Rusiyanın mövqeyidir. Belə ki, o, Suriya böhranını Əsəd olmadan həll etməyə imkan vermir.
Rusiya Federasiyasının Yaxın Şərqdəki fəaliyyətinin davam etdirilməsi baxımından, 29-30 yanvarda Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresi böyük əhəmiyyət kəsb edir. Müxaliflərin Ali Müzakirə Heyəti (VKP) hələ ki, Soçi Konqresində iştirak edəcəyi ilə bağlı qərar qəbul etməyib. Rusiya, konqresə hərbi, siyasi, dini, iqtisadi və mədəni dairələrdən bir çox şəxsləri dəvət edib. Əsəd hökuməti konfransda öz lehinə müzakirələr aparmağa çalışır”.
S.Yılmaza görə, Rusiya üçün Suriya Milli Dialoq Konqresinin müvəffəqiyyəti 18 martda keçiriləcək prezident seçkiləri baxımından çox vacibdir: “Buna görə də Rusiya prezidenti konqresin uğursuzluq risklərini aradan qaldırmaq üçün hansısa plan hazırlayır. Moskva, bütün beynəlxalq tərəfləri konqresə cəlb etmək və bununla da onu legitimləşdirmək və Cenevrə danışıqlarının bir hissəsinə çevirmək istəyir. Eyni zamanda BMT hələ də Cenevrə formatının Soçiyə nisbətən daha yaxşı şərtlərə malik olduğunu düşünür. BMT hesab edir ki, Cenevrə formatında Soçi ilə müqayisədə daha yaxşı şərtlər var”.
P.Sultanova