Suvenir şamların içərisindən psixotrop tərkibli dərman və narkotika çıxdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Suvenir şamların içərisindən psixotrop tərkibli dərman və narkotika çıxdı – FOTO

18:42 - 21 / 03 / 2018
Suvenir şamların içərisindən psixotrop tərkibli dərman və narkotika çıxdı – FOTO

Azərbaycana qanunsuz yolla psixotrop tərkibli dərman və narkotik maddələrin gətirilməsinin qarşısı alınıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Tovuz Gömrük İdarəsinin “Sınıq-Körpü” gömrük postunda Türkiyədən Azərbaycana gələn, Türkiyə vətəndaşı Yücel Güngördü Ali oğlunun idarə etdiyi “Mersedes Benz Travego” markalı, 37LJ257 nömrə nişanlı sərnişin avtobusunda içərisində suvenir şam şəklində predmetlər olan bir ədəd çantaya piyada idxal xəttində quraşdırılmış “HEİMAN X-ray” markalı rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı predmetin içərisində dərman preparatları olduğu müəyyən edilib.

Çantaya təkrar baxış zamanı suvenir şam şəklində olan əşyaların içərisində 2510 ədəd kapsul şəklində, üzərində “Lyrica 300 mg” yazısı olan psixotrop tərkibli dərman preparatları və 2 ədəd kiçik ölçülü şəffaf rəngdə sellofan bağlamada ümumi çəkisi 169 qram olan, kristal şəklində narkotik vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
669

Son xəbərlər

Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57
Bütün xəbərlər