Təhsil naziri Balakən rayonunun Şərif kəndindəki məktəbin yeni inşa edilmiş binasında yaradılan şəraitlə tanış olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri Balakən rayonunun Şərif kəndindəki məktəbin yeni inşa edilmiş binasında yaradılan şəraitlə tanış olub - FOTO

21:22 - 13 / 07 / 2018
Təhsil naziri Balakən rayonunun Şərif kəndindəki məktəbin yeni inşa edilmiş binasında yaradılan şəraitlə tanış olub - FOTO

Təhsil naziri Ceyhun Bayramov Balakən rayonunun Şərif kəndində Natiq Davudov adına tam orta məktəbin yeni inşa edilmiş binasında yaradılan şəraitlə tanış olub.

Təhsil Nazirliyindən 1news.az -a verilən məlumata görə, Ceyhun Bayramov məktəbin sinif otaqlarını gəzib, fənn kabinetlərinə, kitabxanaya, akt və idman zallarına baxıb, müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanıldığını deyən nazir bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, Azərbaycanda təhsilin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir.

Təhsil naziri regionlarda, ucqar yaşayış məntəqələrində bu cür məktəb binalarının tikintisinin ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdirilməsinin göstəricisi olduğunu vurğulayıb.

Məlumat verilib ki, təhsil müəssisəsinin tikintisinə 2016-cı ilin oktyabr ayında başlanılıb və bu ilin yanvarında şagirdlərin istifadəsinə verilib.  374 şagirdin təhsil aldığı məktəbin ümumi sahəsi 3000 kvadratmetrdən çoxdur. İkimərtəbəli məktəb binasında 22 sinif otağı, 3 fənn kabineti, kompüter, hərbi hazırlıq və tibb otaqları, kitabxana, bufet, akt və idman zalları, eləcə də məktəbin həyətində mini idman meydançası fəaliyyət göstərir.

Təhsil müəssisəsində şagirdlərin təlim-tərbiyəsi ilə 46 müəllim məşğul olur. Onlardan 38-i ali təhsillidir.

1news.az

Paylaş:
1687

Son xəbərlər

Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29
Bütün xəbərlər