Telefon suya düşərsə nə etmək lazımdır? | 1news.az | Xəbərlər
Cəmiyyət

Telefon suya düşərsə nə etmək lazımdır?

15:11 - 12 / 06 / 2019
Telefon suya düşərsə nə etmək lazımdır?

Hər birimiz telefon alarkən ən keyfiyyətli, cibimizə uyğun və brend olan markaya üstünlük veririk. Nə qədər ehtiyatlı davransaq da, bəzən elə olur ki, telefon əlimizdən düşüb zədə alır.

Təbii ki, əksər hallarda həmin telefon yenidən işləməyə davam edir. Amma suya düşən telefonları çox vaxt işlətmək demək olar ki, mümkün olmur. Telefonu suya düşən şəxslər onun arxasını açaraq fenlə, tozsoranla qurutmağa çalışırlar. Bu isə öz növbəsində telefonun müəyyən detallarına zərər verir və eyni zamanda suyun bütün detallara yayılmasına kömək edir.

"Telefon suya düşdyü halda nə etmək lazımdır?" - bir üsul təqdim edirik:

Telefonu söndürün. 

1news.az Ted.az-a istinadən bildirir ki, telefon açıq olduğu təqdirdə içəri sızan su işləyən mexanizmin verdiyi istilik nəticəsində telefonun bütün detallarına yayılır. Bu səbəbdən tez bir zamanda telefonu söndürün və batareyanı çıxarın.

Təmiz dəsmal ilə qurulayın.

Telefonu söndürdükdən sonra təmiz bir dəsmal ilə qurulayın.

Telefonu ən xırda detallarına qədər ayırın.

Xırda detal deyərkən, yaddaş kartı, sim kart və bunun kimi telefondan çıxarılması mümkün olan bütün xırda detallar nəzərdə tutulur.

Pambıq və qulaq çöpü ilə qurulayın.

Ayırdığınız detalları pambıq və qulaq çöpü ilə qurulayın. Dəsmallar çox zaman toz buraxdığı üçün pambıqla qurulamaq daha məsləhətlidir.

Silika Geldən istifadə edin.

Paltar, çanta kimi məhsulları pas və kiflənmədən qoruyan bir maddədir. Çox zaman yeni aldığımız paltarların cibində olur. Telefonunuzu slika gel dolu bir qaba qoysanız, su dənəcikləri çox sürətli bir şəkildə çəkiləcək.

Və telefonun tam olaraq quruduğuna əmin olduqdan sonra sönülü vəziyyətdə enerjiyə qoşun. Telefonunuzun batareyası 100% dolduqdan sonra açılarsa, yarana biləcək problemlərin ehtimalı daha az olacaq.

1news.az

Paylaş:
2322

Son xəbərlər

“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46
Bütün xəbərlər