Təngnəfəslik nəyin xəbərçisi ola bilər? | 1news.az | Xəbərlər
Cəmiyyət

Təngnəfəslik nəyin xəbərçisi ola bilər?

17:20 - 18 / 07 / 2019
Təngnəfəslik nəyin xəbərçisi ola bilər?

Böyüklər bir dəqiqə ərzində orta hesabla 16-18 nəfəsalma hərəkəti edir (1 nəfəsalma hərəkəti = 1 nəfəs alma + 1 nəfəs vermə). İdmançılarda bu daha az, uşaqlarda daha çox olur.

1news.az sahhat.az-a istinadən bildirir ki, sağlam insan sakit vəziyyətdə nəfəsalmasına fikir vermir. Fiziki gərginlik (idman, fiziki iş və s.) və həmçinin stress zamanı orqanizmin oksigenə olan təlabatı artır, beyin bu haqda məlumat alır və nəfəsalmanın tempini artırmağa əmr verir. Bu vəziyyətdə insan nəfəsalmasını hiss etməyə başlayır. Buna "fizioloji təngnəfəslik" deyilir. Lakin bu sağlam insanda güclü diskomfort yaratmır və insan sakitləşdikdə və ya fiziki gərginlik azaldıqda nəfəsalma tez bir zamanda normaya düşür. Daim idman və ya bədən tərbiyəsi ilə məşğul olan, aktiv insanlarda idmanla məşğul olmayan, passiv insanlarla müqayisədə eyni fiziki gərginlik zamanı təngnəfəslik daha az olur və nəfəsalma daha tez sabitləşir.

Əgər təngnəfəslik yüngül fiziki gərginlik (adi tempdə yerimə, hər hansı adi ev işləri zamanı) və hətta sakit vəziyyətdə, gecə yuxu zamanı inkişaf edirsə, bu patoloji haldır və buna ciddi fikir vermək lazımdır. Belə patoloji təngnəfəslik bir çox ağır xəstəliklərinin və pozulmalarının simptomu ola bilər.

Patoloji təngnəfəsliyin səbəbləri:

- Anemiya (qanazlığı)

- Nəfəsalma sistemi xəstəlikləri (vərəm, bronxial astma, bronxit, ağ ciyər emfizeması, xroniki obstruktiv ağ ciyər xəstəliyi, ağ ciyər xərçəngi və s.)

- Ürək-damar sistemi xəstəlikləri (ürəyin işemik xəstəliyi, kardiopatiyalar, ürəyin qüsurları, xroniki ürək çatışmazlığı və s.)

- Piylənmə

- Tireotoksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması)

- Şəkərli diabet

- Skolioz, döş fəqərələrinin qüsurları, Bexterev xəstəliyi. Bu xəstəliklər zamanı döş qəfəsinin forması dəyişilir ki, bu da nəfəsalmanı çətinləşdirir.

- Nevroz

Əgər adi fiziki aktivlik sizdə təngnəfəsliyə səbəb olursa və ya təngnəfəslik sizdə "səbəbsiz" inkişaf edirsə, mütləq həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Nəticələrdən asılı olaraq terapevt sizi digər mütəxəssislərin (kardioloq, pulmonoloq, nevropatoloq və s.) müayinələrinə göndərə bilər.

1news.az

Paylaş:
844

Son xəbərlər

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19
Bütün xəbərlər