Tonoyan: Düşənbə razılaşması yerinə yetirilir | 1news.az | Xəbərlər
Siyasət

Tonoyan: Düşənbə razılaşması yerinə yetirilir

10:06 - 13 / 11 / 2018
Tonoyan: Düşənbə razılaşması yerinə yetirilir

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin komandanları arasında operativ əlaqənin qurulması məsələsi müzakirə olunur.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan müdafiə naziri vəzifəsini icra edən  David Tonoyan bildirib.

Tonayanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasındakı operativ rabitəni davam etdirmək üçün xüsusi vəzifəli şəxslər nəzərdə tutulub:

"Onlar həm Ermənistanın, həm də Azərbaycanın silahlı qüvvələrindən məlumat alırlar. Əlaqə fasiləsiz fəaliyyət göstərir, Düşənbə razılaşması yerinə yetirilir”.

Qeyd edək ki, sentyabrın 28-də Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının sammiti keçirilib. Sammit çərçivəsində Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyan arasında söhbət olub.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Həmçinin, müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

P.Sultanova

Paylaş:
324

Son xəbərlər

Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul üçün keçirilən imtahanın nəticələri elan edilib15 / 04 / 2024, 16:58Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır15 / 04 / 2024, 16:34Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib15 / 04 / 2024, 16:23Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb15 / 04 / 2024, 15:53Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib15 / 04 / 2024, 15:23“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir15 / 04 / 2024, 15:02PAŞA Qrup şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTO15 / 04 / 2024, 14:58Ali məktəblərə qəbul imtahanının növbəti mərhələsinə qeydiyyat başlayıb15 / 04 / 2024, 14:42Sevinc Fətəliyeva: “Bu fakt rəsmi Parisin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir”15 / 04 / 2024, 14:21
Bütün xəbərlər