“Toppuş bacı”: Hər gecə Zəhranı öpürəm ki, birdən səhərə ayılmaram | 1news.az | Xəbərlər
Mədəniyyət

“Toppuş bacı”: Hər gecə Zəhranı öpürəm ki, birdən səhərə ayılmaram

14:23 - 20 / 09 / 2018
“Toppuş bacı”: Hər gecə Zəhranı öpürəm ki, birdən səhərə ayılmaram

ATV-də yayımlanan "Bizimləsən" verilişi əməkdar artist Tünzalə Əliyevaya (“Toppuş bacı”) yardım üçün xeyriyyə marafonuna başlayıb.

Xalq artisti Mələkxanım Əyyubova, Əməkdar artist Dilarə Əliyeva, aparıcı Mətanət Əliverdiyeva və bir çox tanınmış proqramda aktrisaya yardım edib.

Veriliş zamanı “Toppuş bacı”nın qızı Zəhra da studiyaya gətirilib. T.Əliyeva ilk dəfə övladının üzünü göstərib.

"Hər gün gecə yatmazdan əvvəl Zəhranın saçını öpürəm ki, birdən səhərə ayılmaram. Düşünürəm ki, gözümü yumaram, səhər dünyadan köçərəm, Zəhramı görmərəm. Səhər onu görəndə deyirəm ki, şükür Allaha sağam",  - aktrisa göz yaşlarını saxlaya bilməyib.

Tünzalə bildirib ki, çox işləmək onu bu cür xəstə edib:

"Həyat məni çox yordu, yükləndim. Ailədə, işdə yükləndim. Fərda (aktyor Fərda Xudaverdiyev - red.) deyir ki, Allah sənə dərt göndərməyib. Mesaj göndərib ki, bəsdir, istirahət et. Bir il çalışmayacam, dincələcəm. Bir həftə xəstəxanada qaldım, çıxan kimi işə getdim. 11 dəfə əməliyyat olundum, 10 gün dincəlmədim. Qarnımda alətlər, milli paltarı geyinib, məclisə aş verirdim. Bir də baxırdım gəlinin yanı sudur. Ətəyimi fırlayıb o biri işə keçirdim. Heç vaxt xoş gündə dincəlmədim. Çox işlədim...

Məni qınadılar ki, niyə verilişə gəldin, kömək istədin, xınalardan qazanırsan. Mənim pulum olsaydı, evimi nəğd pulla alardım. Hərdən ayaqlarım gedir, yıxılıram, idarə edə bilmirəm. "Qız atası" serialına çəkilirəm, ona görə yox ki, unudularam. İnsanlardan təcrid olsam, ölüb gedərəm".

S.Xankişiyeva

Xərçəng xəstəliyilə mübarizə aparan “Toppuş bacı”nın yeni FOTOSU

“Toppuş bacı” yalandan xəbər yayanlara cavab verdi – VİDEO

“Toppuş bacı”nın əri: Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın

 

Paylaş:
8784

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər