“Toppuş bacı”nın əri: Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın | 1news.az | Xəbərlər
Mədəniyyət

“Toppuş bacı”nın əri: Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın

10:15 - 01 / 08 / 2018
“Toppuş bacı”nın əri: Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın

Xərçəng xəstəliyinə düçar olan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial mediada paylaşım edib.

1news.az-ın verdiyi xəbərə görə, o, türkiyəli müğənni Mahsum Kırmızıgülün “Belalım” mahnısına çəkilmiş klipi səhifəsində yerləşdirərək xanımına ürək sızladan mesaj göndərib:

“Bəzən həyat çox amansız olur. Bəzən isə sən çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək istəyirsən, amma bacarmırsan.

Tez qayıt, xahiş edirəm. Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın. Amin!”.

Qeyd edək ki, T.Əliyeva həyat yoldaşı Röyalla 2013-cü ildə ailə qurub. Cütlüyün bir qızı var.

S.Xankişiyeva

 

Paylaş:
1494

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər