Tural Gəncəliyev: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir | 1news.az | Xəbərlər
Siyasət

Tural Gəncəliyev: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir

10:15 - 19 / 06 / 2019
Tural Gəncəliyev: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir

Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan tərəfinin Dağlıq Qarabağın erməni icmasını 3-cü tərəf kimi irəli sürməsinin heç bir əsası yoxdur.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, erməni tərəfi həmişə bu cür bəhanələrlə danışıqlardan yayınmağa cəhd edir: "Danışıqlar prosesində Ermənistan tərəfi daim prosesi gecikdirməyə, yubatmağa cəhd edib. Bu məsələ də həmin bəhanələrdən biridir. Azərbaycan hər zaman münaqişənin tənzimlənməsi üçün danışıqlarda konstruktiv mövqeyini ortaya qoyub, amma Ermənistan daim danışıqlardan yayınaraq münaqişənin həllinə xələl gətirməyə çalışıb.

Ermənilər həmişə bu prosesdə Dağlıq Qarabağın erməni icmasını 3-cü tərəf kimi danışıqlara qatmaq, həmin icmanın rolunu şişirtməyə cəhd edib. 1992-ci ildə ATƏT-in Helsinki Nazirlər Şurasının sammitində qeyd olunduğu kimi, Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması erməni icması ilə birlikdə münaqişənin aralı tərəfidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sonuncu bəyanatında da qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı və erməni icmaları maraqlı tərəfdir. Ermənilərin formatın dəyişdirilməsində atdığı hansısa addımlar müvəffəqiyyətsizliyə uğrayacaq, bu iddianın heç bir əsası yoxdur”.

T.Gəncəliyev bildirib ki, danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir və icmalar maraqlı tərəf kimi prosesi izləyir.

S.Xankişiyeva

 

Paylaş:
580

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:23Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər