Türkiyədən ABŞ-a yeni zərbə
ABŞ-ın Türkiyə qarşı iqtisadi sanksiyalarına cavab verilməsi ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanın dünən verdiyi anons bu gündən rəsmiləşir.
ABŞ istehsalı olan bəzi məhsulların idxalında əlavə maliyyə öhdəliklərinin 100 faiz artırılmasına dair qərar “Rəsmi Qəzet”də dərc edilib.
Qərara görə, Birləşmiş Ştatlardan alınan avtomobil, spirtli içki və tütün məmulatları da daxil olmaqla, müəyyən malların idxal rüsumları artırılır.
Türkiyə prezidentinin köməkçisi Fuad Oktay qərarı şərh edib.
“ABŞ-ın iqtisadi cəhətdən şüurlu hücumlarına qarşı qarşılıqlı prinsip çərçivəsində müəyyən məhsulların idxalında vergi rüsumları artırılıb. Çətin günlərdə liderimiz ətrafında birləşən Millətimiz haqsızlıqlara qarşı dünyanı ayağa qaldırıb. Durmaq yox, yola davam”, - prezidentin köməkçisi tvitterdə yazıb.
S.Xankişiyeva
Ərdoğan xalqı iPhone almamağa səsləyib – VİDEO
Türk Hava Yolları boykota qoşuldu