UEFA: Şabhə yoxdur ki, Bakıda rekorda imza atılacaq | 1news.az | Xəbərlər
Futbol

UEFA: Şabhə yoxdur ki, Bakıda rekorda imza atılacaq

12:57 - 03 / 05 / 2019
UEFA: Şabhə yoxdur ki, Bakıda rekorda imza atılacaq

UEFA-nın rəsmi saytı 2018/19-cu il futbol mövsümündə Bakıda keçiriləcək Avropa Liqasının finalında yeni rekorda imza atılacağından yazıb.

1news.az-ın məlumatına görə, saytda ilk dəfə olaraq Avropa kubokunun əsas turnirlərindən birinin taleyinə Bakıda aydınlıq gələcəyi qeyd olunub:

“Final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. 2015-ci ildə istifadəyə verilən bu arenada həm də AVRO-2020-nin final mərhələsinin üç qarşılaşması baş tutacaq. Stadion 70 min azarkeş tutumuna malikdir. Şübhə yoxdur ki, 1999-cu ildə finalda iştirakçı sayına görə Moskvada müəyyən olunmuş rekord yenilənəcək. Həmin vaxt “Parma” ilə “Latsio” komandaları arasında keçirilmiş oyunu 62 min azarkeş izləmişdi”.

Eyni zamanda UEFA xatırladıb ki, Bakı finalı Avropa Liqası turnirinin tarixində VAR sisteminin tətbiq olunacağı ilk final oyunu olacaq.

Avropa futbol qurumunun rəsmi saytı Bakıda keçiriləcək final matçının dəqiq başlama vaxtını da açıqlayıb. Qeyd olunub ki, Bakı finalı 29 may saat 21:00-da (Bakı vaxtı ilə 23:00-da), ilk dəfə Çempionlar Liqasının finalından cəmi dörd gün əvvəl keçiriləcək.

 1news.az

Paylaş:
916

Son xəbərlər

Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər