Ukrayna Səfirliyindən Ermənistanın hörmətsizliyi ilə bağlı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Ukrayna Səfirliyindən Ermənistanın hörmətsizliyi ilə bağlı – FOTO – VİDEO

15:25 - 28 / 09 / 2018
Ukrayna Səfirliyindən Ermənistanın hörmətsizliyi ilə bağlı – FOTO – VİDEO

Yaxın günlərdə Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də Ukraynanın ərazi bütövlüyü idi.

Lakin səsvermə əsasında bu bəndin qəbul edilməsi bütün ölkələr tərəfindən təsdiqlənmədi. Belə ki, 13 ölkə bu qərarın əleyinə səs verdi. Bunlar arasında Rusiya, Ermənistan, Belorus və Qazaxıstan da vardı.

Ermənistan artıq neçənci dəfədir ki, ölkələrin ərazi bütövlüyünün tanınması ilə bağlı qətnamələrin əleyhinə çıxış edir.

1news.az məsələ ilə əlaqədar olaraq Ukraynın Azərbaycandakı səfirliyinə müraciət edib.

Səfirlikdə Ermənistanın tərəfdaş ölkələrin ərazi bütövlüyünün tanınmaması faktı ilə bağlı şəhr verilməsə də, Ukraynaya bütün ərazisində suverenliyin bəpra olunması ilə bağlı dəstək göstərən beynəlxalq ictimaiyyətin nümayəndələrinə minnətdarlıqlarını bildirdilər:

“Ukrayna-Ermənistan əmkdaşlıq məsələrləri Ukraynanın Azərbaycandakı Səfirliyinin səlahiyyətinə daxil deyil”.

BMT Baş Assambleyasının 73-cü sessiyasında günün müzakirə mövzusuna “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyət” məsələsi ilə bağlı bənd haqqında qeyd edilib:

“Rusiyanın silahlı hücumu nəticəsində Ukrayanın ərazi bütövlüyüyünün pozulması, Krım, ayrıca region Donetsk və Luqansk vilayəti üzərində nəzarəti itirməsi məsələsində beynəlxalq ictimaiyyətin dəstəkləməsini yüksək qiymətləndiririk.

Beynəlxalq hüquqa əsaslanan ölkələri alqışlayırıq. Çünki bu, beynəlxalq nizamı təmin edən yeganə alətdir. Həmçinin Rusiyanın zor gücünə digər dövlətlərin ərazi bütövlüyü zəbt etməsi siyasətini dəstəkləyən ölkələr də beynəlxalq arenada xaos və özbaşnalığı dəstəkləməsindən irəli gəlir”.

Həmçinin 1news.az Ukraynanın Xarici İşlər Nazirliyinə də Ermənistanın ölkənin ərazi bütövlüyünün əleyhinə səs verməsi məsələsi ilə bağlı sorğu göndərib. Hazırda Ukrayna XİN-də sorğunun cavabı dərc edilməyib.  

Qeyd edək ki, 2017-ci ilin dekabrında “Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti” ilə bağlı qətnamənin yenilənməsinin əleyhinə səs verənlər arasında Rusiya, Belorus və Qazaxıstanla yanaşı, 26-cı yerdə sıralanan Ermənistan da vardı. Qətnamə 70 ölkənin dəstəyilə qəbul edilib.

Həmçinin Ermənistan 2014-cü ilin martında BMT Baş Assambleyasının qəbul etdiyi  qətnamənin əleyhinə səs verib. Sənəddə Ukraynanın ərazi bütövlüyünün tanınması və Rusiyanın Krımı zəbt etməsi qınanması əksini tapmışdı.

Ermənistan Gürcüstanın separatçı regionları – Abxaziya və Cənubi Osetiyaya qaçqın və məcburi köçkünlərin qayıtması hüququnu tanıyan qətnamələrin də əleyhinə səs verib. Bu cür qətnamələr Gürcüstanın təşəbbüsü ilə BMT Baş Assambleyasında səs verməyə qoyulur.

Ukrayna prezidenti Petr Poroşenkonun BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı:

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2888

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər