United Sport MFL 2018/19-un VIII turu: “Moskva TM” taxtdan salındı, “Milan Qaradağ” – “Sabunçu” görüşündə qol yağışı– FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

United Sport MFL 2018/19-un VIII turu: “Moskva TM” taxtdan salındı, “Milan Qaradağ” – “Sabunçu” görüşündə qol yağışı– FOTO – VİDEO

16:50 - 21 / 12 / 2018
United Sport MFL 2018/19-un VIII turu: “Moskva TM” taxtdan salındı, “Milan Qaradağ” – “Sabunçu” görüşündə qol yağışı– FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan United Sport MFL 2018/19-un 8-ci turu baş tutub.

Azarkeşlər “MFL Arena”nın meydanlarında həm Infinity, həm də Platinum Konferensiyasında keçirilən bir-birindən maraqlı oyunlara şahidlik ediblər.

Keçən tur Infinity Konferensiyasında lider dəyişikliyi ilə əlamətdar olub. Belə ki, uzun müddətdir turnir cədvəlinə başçılıq edən “Moskva TM” komandası ilk məğlubiyyətini alaraq zirvədəki yerini itirib.

Bir tur öncəyə kimi öz məğlubiyyətsiz seriyası ilə Infinity Konferensiyasında liderlik edən “Moskva TM” komandasını taxtından salmağı bacaran “CS” qazandığı 3 xalı matçdan sonra soyunub-geyinmə otağında bu cür bayram etdi.

8-ci turda Infinity konferensiyasının ən yaddaqalan məqamları:

Aşağıda 24 dekabr tarixində Infinity Konferensiyasının IX turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Platinum Konferensiyasının görüşləri də gərgin mübarizə şəraitində keçib. “Milan Qaradağ” – “Sabunçu” görüşündə isə qapılara nə az, nə çox – 16 top vurulub.

8-ci turda Platinum konferensiyasının ən yaddaqalan məqamları:

Aşağıda 27 dekabr tarixində Platinum Konferensiyasının IX turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

İlk 7 turu artıq geridə qoymuşuq, bu isə o deməkdir ki, 4 mərhələyə bölünəcək ümumi MFL turlarının birinci hissəsi geridə qaldı. Bu müddət ərzində isə statistikası ilə önə çıxan, komandasına fərdi statistikası ilə daha çox xeyir verən, futbol dilində desək, MVP-ni, yəni ƏN DƏYƏRLİ OYUNÇUNU elan etmək vaxtı gəlib çatdı.

VII turun tamamında 15 qol və 2 məhsuldar ötürmə ilə MFL-də iştirak edən hər kəsdən daha yüksək göstəriciyə malik olan Alisalam Hamidov MVP mükafatına layiq görülür.

Növbəti nəticə XIII, digər iki nəticə isə XIX və XXIV turun tamamında elan ediləcək! Qeyd edək ki, Leading Supply Solutions LLC-in 400 AZN dəyərində təqdim edəcəyi mükafat məhz MVP mükafatının qaliblərinin əsasında təyin ediləcək! Bir sözlə, ayağınıza qüvvət!

Xatırladaq ki, MFL United Sport Liqası 2018/19 mövsümü Sirena MotorsLeading Supply Solutions LLCUnited SportMcDonald's Azerbaijan,MuganbankBOS SHELF LLC və Ödəal (Bon) şirkətlərinin sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az saytından, eləcə də 1news.az-ın saytında və CBC Sport telekanalı vasitəsilə əldə edə bilərsiniz.

1news.az

Paylaş:
801

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər