VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar

22:47 - 14 / 08 / 2018
VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətdə Yay Məktəbinin dünyanın 30 ölkəsindən olan iştirakçıları bu il iyulun 19-dan avqustun 9-dək Azərbaycanda bir araya gəldiklərini qeyd edirlər.

Onlar Prezident İlham Əliyevin sərəncamları ilə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin Azərbaycanda müxtəlif milli, etnik, dini və mədəni mənsubiyyətli insanlar arasında heç bir ayrı-seçkiliyə yol verilmədiyinin bariz göstərici olduğunu, həmçinin 2018-ci ildə mədəniyyətlərarası dialoqun dünyada təşviqinə yönələn Bakı Prosesinin 10 illiyinin qeyd ediləcəyini vurğulayırlar.

“Yay Məktəbi çərçivəsində iştirak etdiyimiz tədbirlər, görüşdüyümüz insanlar və getdiyimiz yerlər bütün etnik qrupların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığı bir ölkə olaraq Azərbaycan haqqında bizim nəzəri və praktiki biliklərimizi dərinləşdirdi və gücləndirdi. Biz, Azərbaycandan və 30 xarici ölkədən olan tələbələr Azərbaycanın Gənc Dostları Klubunun üzvləriyik. Biz bu məktəbdə multikulturalizmin Azərbaycan modeli, bu ölkədəki tolerantlıq mühiti, eləcə də bu istiqamətdə aparılan uğurlu siyasət haqqında fikirlərimizi bölüşmək məqsədilə iştirak etdik”, - deyə müraciətdə qeyd edilir.

Yay Məktəbinin iştirakçıları müraciətdə Azərbaycana heyran qaldıqlarını və ölkə haqqında, eləcə də onun multikulturalizm siyasəti, qədim tarixi və mədəniyyəti ilə bağlı dünyada doğru məlumatların yayılması üçün öz fəaliyyətlərini davam etmək əzmində olduqlarını vurğulayırlar.

Sonda VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə dərin ehtiramlarını bildirirlər.

AZƏRTAC

Paylaş:
311

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər