Vışeqrad Qrupu Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə bəyanatla çıxış edib | 1news.az | Xəbərlər
Siyasət

Vışeqrad Qrupu Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə bəyanatla çıxış edib

14:45 - 14 / 05 / 2019
Vışeqrad Qrupu Şərq Tərəfdaşlığının 10 illiyi münasibətilə bəyanatla çıxış edib

Bu ilin 6 may tarixində Slovakiya Respublikasının sədrliyi çərçivəsində Vışeqrad Qrupunun xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı ölkələrinin Bratislava şəhərində keçirilmiş görüşü nəticəsində Vışeqrad Qrupu tərəfindən qəbul edilmiş bəyanat dərc edilib.

Xarici İşlər Nazirliyinini mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, bəyanatda son 10 il ərzində Şərq Tərəfdaşlığı ölkələrinin əldə etdiyi uğurlar və proqramın icrasının nəticələri, eləcə də növbəti 10 il üçün baxışlar və məqsədlər öz əksini tapıb.

Həmçinin, bəyanatda sözügedən proqramın Avropa İttifaqının gündəliyində saxlanılmasının vacibliyi və ortaq fundamental dəyərlərə və beynəlxalq hüquq prinsiplərinə, insan hüquqlarına və demokratiyaya, qanunun aliliyinə, hesabatlılıq və yaxşı idarəçiliyə, dayanıqlı inkişaf və bazar iqtisadiyyatına əsaslanan ümumi öhdəliklərə uyğun olaraq unikal Avropa qonşuluq siyasətinin davam etdirilməsinə qarşılıqlı maraq qeyd edilib.

Vışeqrad Qrupunun bəyanatında sözügedən qrupa daxil olan ölkələrin bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə birmənalı dəstək verdiyi xüsusilə vurğulanıb.

1news.az

Paylaş:
634

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər