Vüqar Bayramov: Prezidentin imzaladığı fərmanlar idarəetmə sistemində çevikliyi artıracaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüqar Bayramov: Prezidentin imzaladığı fərmanlar idarəetmə sistemində çevikliyi artıracaq

14:10 - 15 / 01 / 2019
Vüqar Bayramov: Prezidentin imzaladığı fərmanlar idarəetmə sistemində çevikliyi artıracaq

Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə Prezidentinin Fərmanı müasir dövrün yeni çağrışlarına uyğun idarəetmə sistemində çevikliyin artırılması baxımdan mühim əhəmiyyət daşıyır.

Bunu 1news.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı ekspert Vüqar Bayramov yanvarın 14-də isə Prezident İlham Əliyev tərəfindən struktur islahatları istiqamətində qəbul edilən qərarlara münasibət bildirərkən deyib:

“Bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab Prezidentin bəyan etdiyi kimi idarəetmə sistemində yeni islahatlar mərhələsi başlanıldı. Bu isə dərinləşmiş iqtisadi islahatlar fonunda 2019-cu ilə Azərbaycanın yeni struktur islahatları ilə başlamasından xəbər verir”.

Ekspert bildirib ki, Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən strukturun təkmilləşdirilməsini və  qərarların qəbulunun çevikliyini də özündə ehtiva edir:

“Ölkə Prezidentinin  mövcud struktur təkmilləşərək yeni dövrün çağırılarına uyğun olması ilə bağlı siyasi iradəsinə uyğun olaraq idarəetmə sistemində çeviklik artırılır. Təbii ki, bu konteksdə dövlət idarəçiliyinin dəyişdirilməsi  struktur islahatları çərçivəsində həyata keçirilən addımdır. Bu da imkan verir ki, dövlət idarəetmə strukturunun təkmilləşdirilməsində daha çevik qərarların qəbul edilməsinə şərait yaradılsın”.

Fərmanın ən böyük üstünlüyünün müasir standartlara uyğun idarəetmə strukturlarının yaradılması ilə bağlı olduğunu deyən V.Bayramov hesab edir ki, dərinləşmiş islahatlar bu il qeyri-neft sektorunun artım tempinə də müsbət təsir göstərəcək:

“Aydındır ki, dərinləşmiş islahatlar yeni struktur islahatlarinı daha aktuallaşdırıb. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzalanan son fərman da məhz iqtisadi islahatların səmərəliyinin daha da artırılması üçün bir baza formalaşdırmaqdır. 2019-cu ildə həm dövlət başçısnın tapşırıq və tövsiyyələrinə, həm da Strateji Yol Xəritələrinə uyğun olaraq islahatların daha da dərinləşdirilməsi nəzərdə tutulur. Deməli, dərinləşmiş islahatlar bu il qeyri-neft sektorunun artım tempinə də müsbət təsir göstərəcək. Bu isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığn aradan qaldırılması kimi hədəflərə daha tez nail olmasına şərait yaratmaqdadır.  Nəticə etibarilə, son illər idarəetmə aparatının səmərəliliyinin artırılması istiqamətində addımların atılmasını və Azərbaycanda qeyri-neft sektorunun inkişafına hədəflənən islahatların struktur islahatları ilə müşayiət olunması xüsusi ilə qeyd olunmalıdır”.

Ekspert bildirib ki, sənəddə bir sıra dövlət qurumlarının ləğv edilməsi və ya birləşdirilməsi qərarların qəbul edilməsi prosedurunu da xeyli sadələşdirəcək. Bu da nəticə etibarilə idarəetmə sisteminin optimallaşmasına şərait yaradacaq:

“Müasir çağırışlar bir daha təsdiq edir ki, idarəetmədə proseduraların sayının azaldılması islahatların səmərəliliyinə birbaşa təsir göstərir. Bu baxımdan da, yeni stuktur islahatları nəticə etibarı ilə biznes muhitinin daha  da yaxşılaşdırılmasına da birbaşa müsbət təsir göstərəcək. Bu kontekstdən, son islahat Azərbaycanda həyata keçirilən və birbaşa qeyri-neft sektorunun inkişafına, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına, idarəetmə aparatının çevikliyinin artırılmasına, idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir.

Digər tərəfdən, cənab Prezidentin bu Fərmanı əsasında həyata keçiriləcək bu islahat dövlət bücəsində vəsaitlərin qənaət edilməsi və vəsaitlərin səmərəli xərclənməsi baxımından da vacibdir. Fiskal konsoldasiya fonunda idarəetmə xərclərinin optimallaşdırılması büdcə vəsaitlərinin səmərəliliyinin artırılmasına imkan yaradır. Bu baxımdan, optimal xərclər həmçinin daha səmərəli maliyyə mexanizminin formalaşdırılması baxımdan da vacibdir.

Prezidentin son fərmanı bir daha təsdiq edir ki, Azərbaycanda iqtisadi islahatlar həm struktur, həm institusional olaraq davam etdirilir. Məqsəd mövcud postneft dövrünün prioritetlərinə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsini hədəfləmiş islahatlar həm də struktur islahatları ilə dəstəklənməsinə nail olmaqdan ibarətdir. Nəticədə bu, idarəetmədə bir çeviklik formalaşdırır, proseslərə idarəetmə orqanlarının daha çevik, daha qısa zamanda səmərəli reaksiya verməsini təmin edir. Bütövlükdə bu, yalnız iqtisadi inkişaf deyil, həm də bütövlükdə cəmiyyətin inkişafı və ölkənin daha müasir və çevik idarəetmə sisteminə transformasiyası baxımından olduqca vacibdir”.

1news.az

Paylaş:
1542

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər