Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar

16:40 - 23 / 05 / 2019
Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar

“Bu gün Azərbaycan beynəlxalq tədbirlərə, qitəmiqyaslı idman yarışlarına ev sahibliyi edir. Təbii ki, bu amil ölkəmizdə mükəmməl infrastrukturun mövcud olması ilə yanaşı, həyata keçirilən uğurlu siyasət, sabitlik, inkişaf və təhlükəsizliklə bağlıdır.

Azərbaycanın malik olduğu bu müsbət dəyərlər onu dünyanın diqqət mərkəzində saxlamaqla yanaşı, beynəlxalq birliyin arzulanan bir üzvünə çevirib. Sözsüz ki, uğurlarımıza sevinənlərlə bərabər, gündən-günə yüksələn imicimizi qaralamağa, ləkələməyə çalışan “qüvvələr” də var. Erməni lobbisinin və onların havadarlarının əlində alətə çevrilən bu cür qərəzli dairələr zaman-zaman, fürsət düşdükcə öz çirkin planlarını həyata keçirməyə, anti-Azərbaycan kampaniyası aparmağa cəhd edirlər. Lakin  heç vaxt öz istəklərinə çata bilmirlər. Çünki Azərbaycan xalqı və dövləti kifayət qədər tutarlı arqumentlərlə, haqq və həqiqətlərə söykənərək onların cavabını verir və yerində oturdur”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadə bildirib ki, bugünlərdə Bakıda UEFA Avropa Liqasının final matçının keçiriləcəyi ərəfədə “fəallaşan” bu “qüvvələr” yenə köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar: “Söhbət “Amnisty İnternational” təşkilatının UEFA Avropa Liqasının final matçının məhz Bakıda keçirilməsini pisləməsində gedir. Təşkilat bu iddiasını Azərbaycanda insan haqlarının durumu ilə əlaqələndirməyə cəhd edir. Hamıya bəllidir ki, “Amnisty İnternational” bəzi xarici dairələrin əlində sadəcə alət rolunu oynayır, lazım gəldikdə bu üzdəniraq qurumdan “demokratiya”, “insan hüquq və azadlıqları” adı altında bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Nə üçün bu təşkilat Avropada baş verən haqsızlıqlara göz yumur, Azərbaycana və bəzi ölkələrə qarşı isə qərəzli, çirkin kampaniya aparır?! Ona görə də sifariş yerinə yetirən, korrupsiyalaşmış “Amnisty İnternational” adlı qurumun demokratiyadan danışmağa haqqı yoxdur”.

İdmanın bu şəkildə siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirən “İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu cür “cəhdlərin” qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq.

S.Xankişiyeva

 

Paylaş:
486

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər