Vüqar Rəhimzadə: İmzalanmış yeni Fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: İmzalanmış yeni Fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir

15:10 - 20 / 02 / 2019
Vüqar Rəhimzadə: İmzalanmış yeni Fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir

“Bu gün Azərbaycanda iqtisadiyyatın bütün sahələri kimi, tikinti sektoru da inkişaf edir. Bakı şəhərində qədimliklə müasirliyi birləşdirən memarlıq üslubuna uyğun yaşayış və digər təyinatlı binalar tikilir.

Bununla yanaşı, regionlarda aparılan tikinti-quruculuq işlərini də ümumi inkişafın mühüm tərkib hissəsi kimi səciyyələndirmək olar. Təbii ki, bu sektorun inkişaf etdirilməsində məqsəd insanların sosial rifahının daha da yaxşılaşdırılmasıdır. Bu günlərdə Azərbaycan Prezidentinin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı Fərman on minlərlə ailənin sevincinə səbəb olub. Bu inqlabi Fərman həmin sahədə illərdir həllini gözləyən problemə son qoyub.

Artıq sənədsiz və qeydiyyatsız bina qalmayacaq. Mənzil sahibləri bundan sonra heç vaxt belə problemlərlə qarşılaşmayacaqlar. Fərmanda da qeyd edildiyi kimi, əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanın sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir. Sözsüz ki, bu mühüm sənəd sayəsində bir çox insanın problemi öz həllini tapacaq”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Fərman uğurlu sosial siyasətin bariz nümunəsidir:

“Möhtərəm Prezidentimizin imzaladığı Fərmanda bir sıra mühüm məqamlar öz əksini tapıb. Sənəddə qeyd edilir ki, bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib. Bununla belə cənab Prezidentimizin böyük humanizm göstərərək həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzaladığı yeni Fərman insan, vətəndaş amilini verilən böyük dəyərdir”.

S.Xankişiyeva

 

Paylaş:
334

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər