Wolt yemək sifarişi xidməti artıq Bakıda | 1news.az | Xəbərlər
Cəmiyyət

Wolt yemək sifarişi xidməti artıq Bakıda

11:00 - 15 / 07 / 2019
Wolt yemək sifarişi xidməti artıq Bakıda

Öz işinə görə mükafat qazanan yemək çatdırılması tətbiqi müştərilərə tam yeni bir təcrübə söz verir.

Finlandiyada yaradılan və yemək sifarişi xidməti olan Wolt bu gün öz 16-cı ölkəsi – Azərbaycanda rəsmən fəaliyyətə başladı və onlayn yemək sifarişində tam yeni, müştəriyönümlü təcrübə yaratmağı qarşısına məqsəd qoydu. Tətbiqin App Store-da ortalama qiyməti 4.8/5 ulduzdur. 

Wolt Bakıda 23 çox populyar restoran ilə işə start verir və həm milli, həm də dünya mətbəxlərinin geniş seçimini təqdim edir. Siyahıda Fryday, Bella Pizza, Sanday, Yoshi Sushi, Barista&Chef, Ajdaha Doner kimi populyar məkanlar və Vapiano, L’Avenue, Paul’s Steakhouse, Kasamasa, Argentina Steak House, PORT Wine & Grill kimi tanınmış restoranlar vardır. Wolt-un Apple tərəfindən mükafatlandırılmış servisi ciddi təlim keçmiş kuryerləri və isidilmiş xüsusi çatdırılma çantaları ilə müştərilərə ən yüksək səviyyəli xidmət təklif edir.

Wolt-un kuryer partnyorları yeməkləri velosiped, motosiklet və avtomobil ilə çatdırır. Yeməyin hazırlanması ilə birlikdə ortalama çatdırılma vaxtı 30-45 dəqiqə təşkil edəcək. Yeməklər isti qalsın deyə isidilmiş xüsusi çantalarda çatdırılır. 1.5 km-dən qısa məsafələr üçün çatdırılma haqqı 1.50 AZN-dir, 1.5 km-dən artıq məsafədən gələn sifarişlər zamanı isə düz xətt üzrə hər əlavə 500 metr üçün çatdırılma haqqına 0.40 AZN əlavə olunur. Wolt-un ilkin çatdırılma ərazisi şəhərin mərkəzini, Nəsimi, Yasamal və Nərimanov rayonlarını və Xətai metrosunun ətrafını əhatə edəcək və qısa zamanda şəhərin başqa əraziləri üzrə də çatdırılma imkanları genişləndiriləcək.

Wolt şirkətinin Ekspansiya üzrə rəhbəri Toni Honkanen deyir ki: "Biz Wolt tətbiqini dolma, düşbərə, kabab və plov kimi yeməklərin vətəninə gətirdiyimizə çox şadıq. Bu ana qədər eşitdiyimiz bütün rəylər çox pozitivdir və biz müştərilərimizi xoşbəxt etmək üçün əlimizdən gələni edəcəyik. Qeyd etmək istərdim ki, hazırda Wolt-a yeni kuryer partnyorların dəvət edilməsi davam edir və işləmək arzusunda olan hər kəs bizə müraciət edə bilər.”

Wolt tətbiqindən necə istifadə etmək olar?

  1. Wolt tətbiqini iPhone və ya Android üçün yükləyin və ya Wolt.com saytından sifariş edin.
  2. Sevimli restoranınızı seçin.
  3. Sifarişinizi qurun və onun evə çatdırılacağını, özünüzün götürəcəyini və ya restoranda yeyəcəyinizi müəyyənləşdirin.
  4. Çatdırılma seçimini etsəniz, siz real vaxtda sifarişin hansı mərhələdə olduğunu görəcəksiniz və hətta onun xəritədə sizə yaxınlaşmasını izləyə biləcəksiniz.
  5. Ödəniş avtomatik olaraq sizin kartınızdan tutulur və qəbzlər sizin elektron poçtunuza göndərilir.

Şirkətin Gürcüstanda baş meneceri Natalia Khizanishvili deyir:

“Bakının yemək səhnəsi hər kəs üçün sevdiyi bir yemək təklif edə bilər və inanılmaz restoran seçiminə malikdir. Biz dünya səviyyəli yemək çatdırılması tətbiqini Bakıya gətirərək müştərilərə sürət, keyfiyyət və etibarlılıq sahələrində yeni bir xidmət səviyyəsi təqdim etmək istəyirik.” 

Wolt haqqında

Wolt-un əsası 2014-cü ildə Helsinki şəhərində qoyulmuşdur və bu gün şirkət 450 işçisi ilə 16 ölkədə faəliyyət göstərir. Şirkətin 80 nəfərdən ibarət inkişaf komandası texnoloji platformanı daima təkmilləşdirməkdə davam edir. Texnoloji şirkət olmasından əlavə, Wolt çox güclü əməlliyat sistemi və fundamenti qurmağı bacarıb. Wolt 54 şəhərdə 5000-dən çox restoran və 10000-dən çox kuryer partnyor ilə əməkdaşlıq edir. 

Şirkət qısa zaman əvvəl $160 milyon investisiya aldığını elan edib. İnvestorların arasında ICONIQ Capital, 83North, Highland Europe, EQT Ventures və Lifeline Ventures kimi dünyaca məşhur maliyyə şirkətləri var. Wolt son maliyyə yatırımını genişləndirmə və marketinq fəaliyyətinə sərf etməyi planlaşdırır.

Restoranların siyahısı:

  1. Fryday
  2. Ajdaha Doner
  3. Vapiano
  4. Barista & Chef
  5. Sanday
  6. Yoshi Sushi
  7. Bella Pizza
  8. Fusion Cafe
  9. Kebabzade
  10. Kasamasa
  11. Pizza Mizza
  12. Paul’s Steakhouse
  13. Manipura
  14. L’Avenue
  15. Vinyl Cafe
  16. Nuga’s Fries
  17. Port Wine & Grill
  18. Da Massimo
  19. Masala Junction
  20. The Shrimps
  21. Deniz Yildizi
  22. Argentina Steakhouse
  23. Maharani

Reklam hüququnda

Paylaş:
7934

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər