Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir

10:32 - 23 / 04 / 2019
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də silsilə tədbirlər həyata keçirilir.

1news.az-ın məlumatına görə, ordumuzun bir qrup hərbi qulluqçusu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olduğu Qazax rayonunda unudulmaz Xalq yazıçısının, görkəmli şəxsiyyətin adını daşıyan bağda onun abidəsini ziyarət edərək qarşısına gül dəstələri qoyub. xatirəsini ehtiramla yad ediblər.

Qrupu müşayiət edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik  Abdulla Qurbani əvvəlcə yubileyi dövlət səviyyəsində qeyd edilən korifey sənətkarın həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. O, bildirib ki xalqımızın tarixində müstəsna xidmətləri olan elm, ədəbiyyat, incəsənət xadimlərinin, eləcə də sərkərdələrimizin yubileylərinin qeyd olunması haqqında Prezident Sərəncamları Azərbaycan Ordusunda da geniş şəkildə həyata keçirilir. Bu mötəbər insanların həyat və fəaliyyətləri, Vətən qarşısında xidmətləri haqqında şəxsi heyətə ətraflı məlumat verilir, onların nümunəsində əsgərlər milli-mənəvi dəyərlər əsasında tərbiyə edilir, hər bir döyüşçüdə yüksək vətənpərvərlik hissi, döyüş ruhu aşılanır.

Xalq yazıçısı İsmayıl Şıxlının mənalı ömür yolu mülki həyatda olduğu kimi ordu həyatında da gənclərin Vətənə, dövlətə, xalqa sədaqət ruhunda tərbiyə edilməsində, onlarda yüksək əxlaqi və iradi keyfiyyətlərin aşılanmasında mühüm rol oynayır.

A.Qurbani dövlətimizin başçısının müvafiq Sərəncamına istinad edərək hərbi qulluqçuların nəzərinə çatdırıb ki, İsmayıl Şıxlı koloritli xarakterli və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütünlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

Abidə qarşisinda keçirilən anım tədbirində İsmayıl Şıxlı ədəbiyyatşunas, publisist,  yazıçı, pedaqoq, ssenarist, ictimai xadim olmaqla yanaşı həm də mübariz döyüşçü kimi xatırlanıb. Axı onun gəncliyi Böyük Vətən müharibəsinin odlu-alovlu cəbhə yollarında keçib. Şimali Qafqaz, Krım, Üçüncü Belarusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda igid əsgər kimi ad çıxarıb. Göstərdiyi şəxsi şücaətə görə “Qırmızı Ulduz” və ikinci dərəcəli “Böyük Vətən müharibəsi” ordenlərinə layiq görülüb. Yaradıcılığında vətənpərvərlik mövzusu əsas yer tutur “Kerç sularında“, ”Dağlar səslənir”, ”Cəbhə yolları”, ”Xatirəyə donmuş illər“, ”Ayrilan yollar” əsərləri bu gün də aktualdır. Onun əsərləri və ssenariləri əsasında çəkilmiş ”Dəli Kür”, ”Bizim qəribə taleyimiz”, ”Kürə qarışan ömür”, ”Nə yaxşı ki, dünyada Səməd Vurğun var”  və başqa filmləri yenə də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. İsmayıl Şıxlı ömrü bir məktəbdir və bu məktəbdən bəhrələnənlər  Vətənə həmişə layiq övladlar kimi yetişirlər.

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair-publisist Barat Vüsal Müdafiə Nazirliyinin görkəmli elm, mədəniyyət, ədəbiyyat, həmçinin hərb xadimlərinin təbliğindəki fəaliyyətini yüksək dəyərləndirib və bu işin əsl vətənpərvər döyüşçülərin yetişdirilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, deyib: “Bu gün mən əsgərlərimizin bir qrupunu İsmayıl Şıxlının abidəsi  qarşısında görürəm. Onlar Azərbaycan ədəbi fikir tarixində özünəməxsus yeri olan unudulmaz sənətkarımızı yad etmək üçün buradadırlar. Bu, məni çox sevindirir. Tarixini yaxşı bilməyən, ədəbiyyatına, mədəniyyətinə, soykökünə yaxından bələd olmayan, milli-mənəvi dəyərlərə yiyələnməyən gənc vətənpərvər ola bilməz, yaxşı döyüşçü olmaz. Vətən uğrunda, torpaq uğrunda canından keçməz. Bu mənada, şəxsən mən Müdafiə Nazirliyinin bu istiqamətdə təşəbbüslərini alqışlayıram” .

Şair Barat Vüsal İsmayıl Şıxlının ”Qabaqda çarpışmalar çoxdur. Qalib çıxmaq üçün sərkərdə ilə qoşunun birliyi lazımdır. Sərkərdəni sərkərdə edən onun ordusudur, ordunu ordu edən isə onun sərkərdəsidir” kəlamını xatırladaraq əlavə edib ki, bu gün sərkərdə ilə ordumuzun qırılmaz birliyi var. Biz bu birliyi: ordunu ordu edən sərkərdənin qətiyyətini və sərkərdəni sərkərdə edən ordumuzun gücünü 2016-cı ilin Aprel döyüşləri zamanı və ötən ilin may ayında Naxçıvan Muxtar Respublikasında Günnüt kəndinin, Qizilqaya zirvəsi və digər yüksəkliklərin azad edilməsi və on bir min hektar ərazinin nəzarətə götürülməsi ilə nəticələnən döyüş əməliyyatlarında  bir daha gördük. Bu birlik sayəsində biz işğal altında olan digər torpaqlarımızı da azad edəcək və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacağıq. Bu, heç kimdə şübhə doğurmur.

Şair sonra İsmayıl Şıxlı ilə bağlı xatirələrini danışıb, mənəvi ustadına həsr etdiyi yeni şeirini oxuyub.

Xalq yazıçısı İsmayıl Şıxlının tələbələrindən olan Çaylı kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Məmməd Qocayev ata qədər sevdiyi müəllimini yada salıb, bu gün də gənc nəslin təlim-tərbiyəsində onun zəngin pedaqoji təcrübəsindən geniş istifadə etdiyini bildirib.

Məmməd müəllim Azərbaycan Ordusuna iki zabit oğul bəxş etdiyi üçün özünü xoşbəxt sandığını fəxrlə dilə gətirib.

İsmayıl Şıxlının bacısı oğlu sazbənd Sabit Məmmədov Xalq yazıçısının ailə üzvləri adından Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dayısı Xalq yazıçısı İsmayıl Şıxlıya göstərilən ehtirama görə minnətdarlıq edib.

Hərbi qulluqçular sonra “Fəxri  Qazaxlılar“ parkını ziyarət edib, Ədəbiyyat muzeyinin ekspozisiyası ilə tanış olublar.

1news.az

Paylaş:
498

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər