XİN: Cənub Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələr Bolqarıstan üçün mühüm əhəmiyyət kəsb edir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

XİN: Cənub Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələr Bolqarıstan üçün mühüm əhəmiyyət kəsb edir – FOTO

16:39 - 24 / 06 / 2019
XİN: Cənub Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələr Bolqarıstan üçün mühüm əhəmiyyət kəsb edir – FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycana rəsmi səfəri çərçivəsində Bolqarıstanın Baş nazirinin müavini, xarici işlər naziri Yekaterina Zahariyeva ilə görüşüb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, təkbətək formatda başlayan və daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam edən görüşdə nazirlər iki ölkə arasında bir çox sahələr üzrə mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər və əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə ediblər.

E.Məmmədyarov 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı imzalanan Strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından başlıca konseptual sənəd olduğunu qeyd edərək, son illər ərzində onun yerinə yetirilməsi istiqamətində xeyli işlər görüldüyündən bəhs edib. Eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin strateji əməkdaşlığımızın potensialına uyğun gəlmədiyini söyləyən nazir, bu xüsusda tərəflərin birgə addımları nəzərdən keçirilməli olduğunu söyləyib.

Görüş zamanı E.Məmmədyarov həmçinin Bolqarıstandan olan həmkarına Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm infrastruktur, enerji və nəqliyyat layihələri haqqında məlumat verib və Bolqarıstanın Cənubi Qaz Dəhlizi layihəsi çərçivəsində Yunanıstan – Bolqarıstan İnterkonnektoru vasitəsilə yaradılan bu şəbəkəyə qoşulmasını təqdirəlayiq hal kimi dəyərləndirib.

Azərbaycanlı həmkarının ötən ilin oktyabrında Bolqarıstana səfərini məmnunluqla xatırlayan nazir Y.Zahariyeva iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. O, Cənubi Qaz Dəhlizi çərçivəsində inkişaf etdirilən layihələrin Bolqarıstan üçün ümdə əhəmiyyət kəsb etdiyini və ölkəsinin digər qonşu ölkələrlə mövcud və tikilməkdə olan interkonnektorlar vasitəsilə Balkan regionunda enerji tranziti üzrə mərkəz qismində çıxış etmək olduğunu bildirib.

İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri, o cümlədən onların mühüm elementi olan Bakı-Tbilisi-Qars dəmir yolu, habelə Qara dəniz üzərindən bərə əlaqəsinin yaratdığı əlverişli perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Bakı-Sofiya istiqamətində olan birbaşa hava reyslərinin iki ölkə arasında turizm mübadilələrinin artırılmasına səbəb olduğu qeyd edilərək, bu istiqamətdə əlavə dinamikaya təkan verilməsi üzrə atıla biləcək addımlar müzakirə edilib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında danışan nazir E.Məmmədyarov münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin zəruriliyini bildirib. Bu xüsusda, Bolqarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə davamlı dəstək mövqeyi məmnuniyyətlə qeyd edilib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi əməkdaşlığın və qarşılıqlı əsasda dəstək göstərilməsinin perspektivləri üzərində dayanaraq, bu istiqamətdə də səylərin əlaqələndirilməsinə sadiq qalacaqlarını bildiriblər.

Daha sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.

S.Xankişiyeva

Paylaş:
669

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər