XİN rəhbəri: Azərbaycan SOA ölkələri üçün potensial imkanlar aça bilər | 1news.az | Xəbərlər
Siyasət

XİN rəhbəri: Azərbaycan SOA ölkələri üçün potensial imkanlar aça bilər

10:57 - 22 / 05 / 2019
XİN rəhbəri: Azərbaycan SOA ölkələri üçün potensial imkanlar aça bilər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov  Sakit okean Alyansına üzv ölkələri olan ölkəmizdə təmsil olunan Meksika, Kolumbiya, Perunun və Çilinin diplomatik missiyalarının rəhbərlərini qəbul edib.

1news.az xəbər verir ki, görüşdə nazir Azərbaycanın Sakit okean Alyansının (SOA) 10 may tarixində Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının görüşündə müşahidəçi statusu almasını təqdirəlayiq hal kimi dəyərləndirib. O, adları çəkilən 4 üzv ölkəni, habelə qurumun 4 tərəfdaşı olan Avstraliya, Kanada, Yeni Zelandiya və Sinqapuru, eləcə də 57 müşahidəçi ölkəni birləşdirən SOA-nın regional ticari əlaqələrin inkişafında mühum platforma olduğunu bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir və bu xüsusda, sözügedən regionda mövcud olan təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq edir. Bu kontekstdə SOA-nın müxtəlif iqtisadi əməkdaşlıq formatları və ayrı-ayrı ölkələrlə inkişaf edən tərəfdaşlığını nəzərə alaraq, Sakit okean məkanının Avropa məkanı ilə birləşdirilməsində vacib rol oynayan Azərbaycanın SOA ölkələri üçün də potensial imkanlar aça biləcəyi qeyd olunub.

Hal-hazırda SOA-da sədrlik edən Perunun səfiri xanım Mariya Milaqros Kastanyon Seoane Azərbaycanın bu quruma müşahidəçi qismində qosulmasını rəsmi olaraq təsdiq edən sənədi təqdim edib.

Sonra SOA ölkələri diplomatik missiyalarının rəhbərləri Azərbaycanla əlaqələrinin dinamik inkişafından bəhs ebib və bu prosesdə səfirliklərin böyük rol oynadıqlarını söyləyiblər. Onlar, ölkəmizin apardığı qlobal və regional tərəqqiyə xidmət edən fəal xarici siyasəti yüksək dəyərləndirərək, təmsil etdikləri dövlətlərin Azərbaycanla əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarda daha da inkişaf edəcəyinə dair əmin olduqlarını bildiriblər.

Tərəflər iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə və s. istiqamətlər üzrə mövcud perspektivlər ətrafında fikir mübadiləsi aparıblar. Qarşılıqlı əməkdaşlığın inkişafında özəl sektorun fəal cəlb olunması, biznes forumlarının keçirilməsi əlverişli formatlar kimi nəzərdən keçirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

Paylaş:
513

Son xəbərlər

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03
Bütün xəbərlər