Yaqlanddan etiraf: AŞ-nın azərbaycanlı qaçqınların problemini həll etmək mexanizmi yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Yaqlanddan etiraf: AŞ-nın azərbaycanlı qaçqınların problemini həll etmək mexanizmi yoxdur

11:39 - 23 / 01 / 2019
Yaqlanddan etiraf: AŞ-nın azərbaycanlı qaçqınların problemini həll etmək mexanizmi yoxdur

Avropa Şurasının Azərbaycan qaçqınlarının kəskin problemini həll etmək üçün mexanizmləri və vasitələri yoxdur.

1news.az xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Torbyorn Yaqland Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında azərbaycanlı millət vəkili Rəfael Hüseynovun sualını cavablandırarkən deyib.

Rəfael Hüseynov T.Yaqlanda aşağıdakı sual verib:

“Hörmətli cənab baş katib! Siz baş katib olduğunuz müddətdə bir milyondan çox azərbaycanlı qaçqının problemini həll etmək üçün heç bir praktiki addım atmamısınız. Ümumi sözlər və məsələni ATƏT-ə yönləndirmək əvəzinə siz yüksək vəzifənizdən istifadə edib konkret addımlar ata bilərdiniz. Heç bir addım atmadığınız üçün məsuliyyət hiss edirsinizmi, yoxsa bunu normal hesab edirsiniz?”

T.Yaqlanda öz növbəsində suala bu cür cavab verib:

“Azərbaycanlı qaçqınlara gəldikdə, mənim bu problemi həll etmək üçün vasitələrim yoxdur. Mən ATƏT və ya BMT-yə, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinə müraciət etsəydim, fikrimcə onlar da deyəcəkdi ki, mənim bu problemin həlli üçün mexanizmlərim yoxdur. Mənim bu cür mandatım yoxdur. Bizim mandatımız başqadır və biz onu reallaşdırmağa çalışırıq. Sizin xatırlatdığınız və həqiqətən də çox kəskin olan problemin Avropa Şurası tərəfindən həll olunması imkanlarını görmürəm. Mən başqa bir şey deyə bilmərəm. Əlbəttə, bu, həmin vəziyyətdə olanlar üçün dəhşətli vəziyyətdir”.

1news.az

 

Paylaş:
458

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər