1news.az

Yeni “iPhone”ların Azərbaycanda satış qiyməti məlum oldu

26 Sentyabr saat 10:51 ~ 1 dəqiqəlik oxu 224
Yeni “iPhone”ların Azərbaycanda satış qiyməti məlum oldu

"Apple" şirkətinin istehsal etdiyi yeni "iPhone" modellərinin Azərbaycanda satışına başlanılıb. 

1news.az-ın Baku.ws-ə istinadən verdiyi xəbərə görə, sentyabrın 17-də təqdim edilən yeni "iPhone Xs" və "iPhone X Max" modellərinin qiyməti də məlum olub. 

"World Telecom" mağazalar şəbəkəsinin rəsmi saytında yerləşdirilən yeni "iPhone"lar 2799 manatdan başlayır. Ən bahalı modelin (iPhone XS Max) qiyməti isə 3599 AZN-dir. 256 GB yaddaşa sahib telefon hazırda bazara çıxarılan telefonlar arasında ən yüksək funksiyalı cihazdır.

Yeni "iPhone"nun 512 GB yaddaşlı modellərinin isə qiyməti hələlik açıqlanmır. Böyük yaddaşa sahib olan telefonların qiymətinin nisbətən daha baha olacağı ehtimal edilir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net