Yeni nəsil elektron kitab təqdim olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni nəsil elektron kitab təqdim olunub

17:41 - 25 / 06 / 2019
Yeni nəsil elektron kitab təqdim olunub

"Amazon" şirkəti "Kindle Oasis" elektron kitabının onuncu nəslini təqdim edib. Modelin dizaynı dəyişməz qalsa da, ekranda böyük dəyişikliklər edilib.

1news.az ICTnews-a istinadən bildirir ki, yeni qurğunun işıqlandırmasında 12 yox, 25 işıq diodundan istifadə olunub, eləcə də onların işıqsaçmasının temperaturunu tənzimləmək üçün imkan yaradılıb - istifadəçilər işıqlandırmada göy rəngin payını müstəqil azaldaraq işığın temperaturunu aşağı sala biləcəklər. Bundan əlavə, rəngin temperaturunun cədvəl üzrə tənzimlənilməsi nəticəsində gözlər az gəriləcək.

Həmçinin qurğu səhifələri sürətlə vərəqləməyə imkan verən ən yeni elektron mürəkkəb texnologiyası ilə təchiz edilib və çəkisi 6 qram azaldılmaqla doqquzuncu nəsil modeldən yüngül olub.

Digər xüsusiyyətlər isə dəyişməz qalıb: "Kindle Oasis" elektron kitabı 1680 х 1264 piksel təsvir ölçülü 7 düym diaqonallı ekran, 8 və ya 32 giqabaytlıq quraşdırılmış yaddaş, "Micro-USB" portu və model versiyasına görə "LTE" modemi ilə təchiz edilib. Suyadavamlılıq "IPX8" standartı üzrə təmin olunur.

Tədarükünə iyulun 24-dən etibarən başlanılacaq onuncu nəsil "Kindle Oasis" elektron kitabının qiyməti texniki xüsusiyyətlərinə görə dəyişir (Wi-Fi və 8 giqabaytlıq yaddaşla təchiz edilən versiya 250 dollar, LTE və 32 giqabaytlıq yaddaşa malik variant 370 dollar).

1news.az

Paylaş:
516

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər