YouTube-un mənzil-qərargahında atışma törədən qadın zərərsizləşdirilib – FOTO – VİDEO
YouTube kanalının ABŞ-ın Kaliforniya ştatında yerləşən mənzil-qərargahında atışma olub.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, atışma qara geyimli, üzü bağlı qadın tərəfindən törədilib.
ABC telekanalının məlumatına görə, Stenford xəstəxanasına 5 yaralı yerləşdirilib. San-Fransisko mərkəzi xəstəxanasına da YouTube-un bir neçə işçisinin daxil olduğu bildirilir.
Bəzi mənbələr binaya silahlı hücum etmiş qadının intihar etdiyini bildirir. Digər təfərrüatlar açıqlanmır.
S.Xankişiyeva
786